"İQNA", "Əl-Mənar"-a istinadən xəbər verir ki, Yəmən xalqı bu ölkənin paytaxtı Sana şəhərində Aşura günündə böyük bir yürüş keçiriblər.
Bu yürüyüşdə iştirak edən Yəmən müftisi Şeyx Şəmsəddin Şərəfüddin deyib: "Biz İmam Hüseyndən (ə) danışarkən, əslində, Allahın Öz bəndələri üçün qərar verdiyi ilahi plan və üsuldan bəhs edirik. Beləliklə də, ümmət öz məsuliyyətini dərk edib və həyata keçirir".
O əlavə edib ki, İmam Hüseyni (ə) bu qiyama vadar edən məsuliyyət hissi idi. Çünki bizim dinimiz dürüstlüyə, cəsarətə və bütün sahələrdə fəal iştiraka əsaslanır.
4076810