“İQNA”, “Rusiya Əlyəvm”-a istinadən xəbər verir ki, Məkkədə Beytullahil-Həramın pərdəsi Allah evinə gedən zəvvarların coşqun izdihamı arasında dəyişdirildi.
İlk dəfədir ki, yeni hicri ilinin başlanğıcı ilə eyni vaxtda Kəbənin pərdəsi dəyişdirilir.
Kəbənin pərdəsi hər il həcc mövsümündə və Ərəfə günü səhər Zilhiccə ayının 9-da Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxslərinin iştirakı ilə dəyişdirilir. Amma bu il hicri 1443-cü ilin həcc mövsümünün başlaması ilə eyni vaxtda Səudiyyə Ərəbistanı Kəbənin pərdəsinin dəyişdirilməsi mərasiminin 1444-cü ilin Məhərrəm ayının ilk gününün səhərinə və yeni ilin başlanğıcına təxirə salındığını elan etdi.
4074395