İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Sinqapurun Angullia məscidi bu ölkənin ən qədim məscidlərindən biridir.
Bu məscid 1890-cı ildə Hindistanlı tacir Məhəmməd Saleh Yusif Angullia tikdirib.
Məscid 1970-ci ildə yenidən təmir və bərpa edilmiş və 1500 nəfər namazqılan üçün yararlı hala gətirilmişdi.
Hazırda isə 6.3 milyon dollar vəsait ilə məscid genişləndirilmiş və 2500 nəfər namazqılan üçün hazırlanmışdır.
Yeni təmirdən çıxmış məscidin açılış mərasimi ötən gün (16 Fevral 2020) keçirilib. Açılış mərasimində Sinqapur müsəlmanların dini şurasının rəisi İsa Məsud və müsəlmanların işi üzrə nazir Masagus Zulkifl iştirak ediblər.
https://iqna.ir/fa/news/3878785