IQNA

40-cı Beynəlxalq Quran Müsabiqəsi başlayıb

21:36 - February 17, 2024
Xəbər sayı: 3495478
İQNA - İranın paytaxtı Tehran şəhərində 40-cı Beynəlxalq Quran Müsabiqəsi start götürüb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, tədbirdə 44 ölkədən 99 qari və hafiz iştirak edəcək.

Müsabiqə 4 kateqoriya üzə keçiriləcək.

Tədbirin builki şüarı isə belədir: “Bir kitab, bir ümmət, müqavimət kitabı”.

Qeyd edək ki, 40-cı Beynəlxalq Quran Müsabiqəsi 15 fevraldan 2 martadək davam edəcək.

captcha