IQNA

Dua yazdırmaq sehr-cadu Qurana ziddirmi?

19:28 - December 30, 2023
Xəbər sayı: 3495209
İQNA - Bildimiz kimi bir çoxlarımız problemlərlə qarşılaşanda ilk ağıla gələn dua yazdlrmaqdır. Bəzən isə insanlar paxıllıq, həsəd və düşmən bildiyi şəxs haqqında sehr-cadu yazdırır. Bəs İslam Dini dua yazdırmaq, sehr-cadu etdirmək haqqında nə deyir.

iQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadla böyük mərcə təqlid Ayətullah Seyid Sistaniyə bu barədə sual və cavabı təqdim edir:

“Sual: Dua yazanlara müraciət etmək olarmı? Sehr və cadu haqqında hökmünüz nədir?
Cavab: Dua yazan şəxsə müraciət etməyin eybi yoxdur. Lakin sehr və cadu caiz (icazəli) deyil.”

Cadu və sehr haqqında oxucularımıza əlavə olaraq bildirmək istəyirik ki, cadu – bəzi təbiət qüvvələrinin və cinlərin yardımı ilə həyata keçirilir. Cadunun varlığının ən gözəl sübutu Qurani-kərimin 113-cü “Fələq” surəsidir. Cadu barədə hədislərdə də məlumatlar çoxdur. Məsələn, İmam Əli (ə) buyurub: “Göz dəymə haqdır (yəni vardır), əfsun haqdır, sehr haqdır, fal haqdır…” (“Nəhcul-bəlağə”, 400-cü qısa kəlam). İmam Əli (ə) digər yerdə belə deyir: “Münəccim kahin kimidir, kahin sehrbaz kimidir, sehrbaz kafir kimidir, kafirin yeri isə cəhənnəm alovudur!” (“Nəhcul-bəlagə”, 79-cu xütbə).

Rəvayətə görə, bir gün bir qadın Həzrət Muhəmməd Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Ərim məndən soyuyub. Mən də onu özümə bağlamaq üçün bəzi işlər görmüşəm (yəni sehr etmişəm)”. Peyğəmbər qəzəblənib buyurdu: “Vay olsun sənə! Öz dinini məhv etmisən! Allaha yaxın olan mələklər sənə lənət edir! Səmadakı mələklər sənə lənət edir! Yerdəki mələklər sənə lənət edir (Peyğəmbər bu sözləri 3 dəfə təkrar etdi)” (“Biharul-ənvar”, cild 79, səh. 214).

captcha