IQNA

Ərəb Liqası Danimarkanın müqəddəs kitabları təhqir etməyi cinayət hesab etməsini yüksək qiymətləndirir

17:51 - December 23, 2023
Xəbər sayı: 3495162
İQNA - Ərəb Liqası Danimarka parlamentinin dini mətnlərə hörmətsizliyi cinayət hesab etməsi qərarını alqışlayıb.

"İQNA", "Bevabel-Əhram" saytına istinadən xəbər verir ki, Ərəb Liqası Katibliyi öz bəyanatında bu hərəkəti radikalizm, irqçilik və nifrət nitqindən uzaq, etimad, qarşılıqlı anlaşma, tolerantlıq və başqalarının qəbulu mühiti yaradacaq məsuliyyətli tədbir kimi qiymətləndirib.

Bəyanatda dini müqəddəslərə qarşı hər cür təxribat xarakterli hərəkətlərin rədd edilməli olduğu vurğulanıb və beynəlxalq ictimaiyyət qanunvericilikdə ədalətə və bərabərliyə riayət etməyə çağırılıb.

İƏT-in baş katibi Hüseyn İbrahim Taha Danimarka Parlamentinin bu addımını alqışlayıb və təqdir edib. Həmçinin bunu mühüm addım hesab edib.

Bundan əlavə, Danimarka Parlamentinin təsdiqlədiyi qanun din, millət və cəmiyyət nümayəndələri arasında dinc yanaşı yaşama, tolerantlıq, dostluq və harmoniyaya xidmət edən bir addım kimi qiymətləndirilib.

Dekabrın əvvəlində Danimarka parlamenti Qurani-Kərimin və müqəddəs kitabların təhqir edilməsini və yandırılmasını cinayət hesab edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsinə 179 səsdən 94-ü lehinə, 77-si isə əleyhinə səs verib.

Qanunda qeyd olunub ki, ictimai yerlərdə Quran və müqəddəs kitablara hücum və ya yandırmaq, dini dəyərlərə qarşı nalayiq davranışlar qadağandır. Bu qanunu pozan şəxslər cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

4188733

captcha