IQNA

Gürcüstanda Quran müsabiqəsi

13:52 - September 26, 2023
Xəbər sayı: 3494791
TBİLİS (IQNA) - Tbilis və Marneulidə 130 nəfər seçilmiş Quran kursu tələbələri arasında müsabiqə təşkil olunub.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi xəbər verir ki, bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Ramin İgidov özünün feysbuk səhifəsində yazıb.
 
Bildirilib ki, bölgələrdə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qızlar arasında 7-ci Qurani-Kərimin üzündən düzgün sərbəst oxunuşu və 30-cu cüzdən müəyyən surələrin hifzi üzrə yarışlar təşkil olunub.
 
Tbilisi və Marneulidə keçirilən iki günlük yarışda ölkənin müxtəlif yerlərindən ümumumilikdə 130 şagird hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayıblar.
 
Yarışlar Quran tilavəti ilə açıq elan edildikdən sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov öncə şagirdləri və müəllimlərini təbrik edib, onlara uğurlar diləyib, Qurani-Kərimin təlim və tədrisi sahəsində zəhmət çəkən ustadlarına və yarışın təşkilinə çalışanlara da təşəkkür edib. Quran oxumağın əhəmiyyəti və dəyərləri haqqında danışıb.
 
Sonra müsaqbiqə haqqında məlumat verərək ötən illərdə olduğu kimi yarışlarda uğurla çıxış edib fərqlənən şagirdlərin (qaliblərin) Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən fəxri fərman və pul mükafatları ilə qiymətləndiriləcəyini bildirib.
 
Yarışlarda iştirak edən bütün şagirdlərə təqdirnamə və iştirak üçün kartlar təqdim edilib.
captcha