IQNA

İsveçdə bir məscidin qəyyumlarına yandırılmış Quran nüsxələri göndərilib

10:58 - August 28, 2023
Xəbər sayı: 3494670
STOKHOLM (IQNA) – İsveçdəki son anti-İslam dalğasına uyğun olaraq, naməlum şəxslər bu ölkənin Uppsala şəhərində məscidin nümayəndələrinə Quranın yandırılmış nüsxələrini göndəriblər.

"İQNA", "Rusiya Əl-yəvm"-ə istinadən xəbər verir ki, İraq əsilli bir şəxsin İsveçdə söz azadlığı adı altında nifrətini nümayiş etdirməsindən sonra indi naməlum şəxslər bu ölkənin paytaxtı Stokholmun şimal-qərbində yerləşən Uppsala məscidinin nümayəndələrinə Qurani-Kərimin yandırılmış bir neçə nüsxəsini göndəriblər.

İsveçin “Aftonbladet” qəzetinin məlumatına görə, Uppsala məscidinin idarə heyətinin bəzi üzvlərinin evlərinə yandırılmış Quran nüsxələri göndərilib.

  İsveç, Danimarka və Hollandiyada bir sıra ifrat sağçılar İslam ölkələrinin səfirlikləri və bu ölkələrdəki məscidləri qarşısında Qurani-Kərimi təhqir etdilər.

  Ərəb və İslam ölkələrində rəsmi olaraq və xalq tərəfindən geniş reaksiyalara səbəb oldu

Həmçinin bir çox ölkələr İsveç və Danimarka diplomatlarını xarici işlər nazirliyinə çağırdı.

Bu ölkələrin hakimiyyət orqanları Quranın yandırılmasını dəstəkləmədiklərini, lakin ifadə azadlığını qoruyan qanunlara görə bu hərəkətlərin qarşısını ala bilməyəcəklərini bəyan ediblər.

4165200

 

captcha