IQNA

Quran surələri / 107

Qiyamət gününə inanmayanların davranışı

10:38 - August 21, 2023
Xəbər sayı: 3494638
TEHRAN (IQNA) – İnsanlar bu dünyada ən gözəl həyat sürməli olduqlarına inandıqlarına və xoşbəxtlik əldə etmək üçün hər şeyi edirlər. Lakin bəzi insanlar xoşbəxtliyin təkcə bu dünyaya aid olmadığını və o biri dünyada da xoşbəxtlik üçün səy göstərməli olduqlarına inanırlar.

Qurani-Kərimin 107-ci surəsi “Maun” adlanır. Bu surə yeddi ayə ilə otuzuncu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Maun” İslam Peyğəmbərinə nazil olan 17-ci surədir.

“Maun”u mal, var-dövlət, zəruri avadanlıq və ya “zəkat” kimi məna ediblər. Bu söz bu surənin son ayəsində keçib. Buna görə də bu surəni “Maun” adlandırıblar.

Bu surə özünü müsəlman kimi təqdim edən, lakin ikiüzlü və riyakar davranışları olanları təhdid edir; Namaz qılmamaq, işləri görməkdə riyakarlıq etmək, zəkat verməmək kimi işlərin heç biri qiyamət gününə imanla uyğun gəlmir.

Bu surədə qiyamət gününü inkar edənlərin sifətləri və davranışları beş mərhələdə təsvir edilmişdir; Allah rizası üçün əta etməkdən, yetimlərə, zəiflərə kömək etməkdən çəkinər, namaza əhəmiyyət verməz, işlərində riyakarlıq edər, ehtiyacı olanlara kömək etməzlər.

“Qiyamət gününü həmişə inkar edəni gördünmü?” ayəsi ilə başlayan bu surə, İslam Peyğəmbərinə (s) ünvanlanmışdır.

Bu ayədə “din” sözünün mənası ilə bağlı ixtilaf vardır. Bəziləri onu Qiyamət günü, bəziləri isə əməllərə görə mükafat və ya cəza hesab edir. Buna görə də qiyamət gününə və ya ilahi mükafat və cəzalara inanmayan, yanlış iş görənlərin işləri tənqid edilmişdir. Bu surədə Qiyamət gününü inkar edənlərin səhv əməlləri daha çox xatırlanır. Görünür, Qiyamət gününə inanmayanlar düzgün davranış və əxlaqa malik deyillər. Çünki həyatı yalnız bu dünyada görürlər. O biri dünyada səadətə çatmaq üçün cəhd etməyə ehtiyac duymurlar. Ona görə də əxlaqi cəhətdən düzgün olmayan işlər görürlər.

Məsələn, bir yetimi şiddətlə, sərtliklə, çirkinliklə qovarlar; Var-dövlətləri olduğu halda yetimləri yedizdirmirlər, bu cür işlə məşğul olmaq belə istəmirlər. Yetimlərə etinasızlıq dindarlığın zəifliyindəndir. Bu məsələ Qiyamət günü əzaba səbəb olur. Necə ki, namaza məhəl qoymayan, ikiüzlü olan və başqalarına lazımi yaşayış vasitələri verməyənlər də cəzalandırılacaqlar.

captcha