IQNA

İranın İsveçdəki səfirliyi qarşısında Qurana qarşı təhqir təkrarlanıb

10:09 - August 19, 2023
Xəbər sayı: 3494619
STOKHOLM (IQNA) - İsveçdə yaşayan İraq əsilli Selvan Momika İran İslam Cümhuriyyətinin Stokholmdakı səfirliyi qarşısında bu ölkə polisinin təhlükəsizlik çətiri altında Qurani-Kərimin nüsxəsini növbəti dəfə yandırıb.

"İQNA", Əl-Mərkəz Əl-Suveydi İnformasiya Mərkəzinin saytına istinadən xəbər verir ki, cümə günü, avqustun 18-də İsveçin paytaxtı Stokholmda İran İslam Cümhuriyyətinin səfirliyi qarşısında qalmaqallı hadisələr baş verib. İsveçdə yaşayan İraq əsilli radikal Selvan Momika bir Quranı yandırıb. Onun hərəkətinə etirazlar artıb. Bir qadının yanğınsöndürən balondan istifadə edərək yanğını söndürməyə çalışması İsveç polisinin müdaxiləsi və qarşıdurması ilə qarşılanıb.

Bu xəbərə görə, çoxlu sayda insan, o cümlədən müxbirlər və jurnalistlər Stokholmdakı İran səfirliyi qarşısında toplaşarkən, Momika və onunla birlikdə olan başqa bir şəxs Quranı yandırmağa cəhd edib. Bir qadın yanan Quranı söndürmək üçün əlindəki yanğınsöndürən balonla Momikaya hücum edib.

İsveç polisi isə bu hadisəyə müdaxilə edən qadın vətəndaşın hərəkətinə cavab olaraq onu həbs edib ki, Momika onların tam dəstəyi ilə təhqiramiz hərəkətini davam etdirsin və İslam və Qurana qarşı düşmənçilik ifadələri işlətsin.

4163304

captcha