IQNA

Quran nədir? / 17

Quran əzəmətli və təriflənmiş kitabdır

13:34 - July 25, 2023
Xəbər sayı: 3494516
TEHRAN (IQNA) - Quran mətnində özünü tanıtdırarkən “məcid və təriflənmiş” ifadəsi işlədilir. Bəs bu vəsfi necə başa düşmək lazımdır. O hansı məqamları ehtiva edir?

Allahın Quranı vəsf etmək üçün istifadə etdiyi sifətlərdən biri də Məciddir. “Qaf” surəsinin 1-ci ayəsində buyurulur: “Qaf! (Ya Peyğəmbər!) and olsun əzəmətli Qurana” (Q, 1). Həmçinin “Buruc” surəsinin 21 və 22-ci ayələrində belə buyurur: "Xeyr, o (şer deyil) şanlı-şərəfli Qurandır! O, lövhi-məhfuzdadır!" (Buruc, 21-22).

“Məcid” “geniş şərəf” mənasını verən “məcd” kökündəndir. Quran sonsuz əzəmət və şərəfə malik olduğu üçün “məcid” kəlməsi hər cəhətdən ona layiqdir. Zahiri gözəl, məzmunu böyük, əmrləri gözəl, proqramları ibrətamiz və həyatvericidir.

 "Qaf" surəsinin 1-ci ayəsinin şərhində maraqlı məqamlar qeyd olunur:

1_ Qurana and içmək çox mühümdür, çünki onun əzəməti vardır: Qurani-Kərimin bir çox ayələrində Allah-taala Özünün pak zatına, Qiyamət gününə, mələklərə, aya, günəşə və s. kimi şeylərə and içmişdir. Halbuki Allahın anda ehtiyacı yoxdur, lakin andların həmişə iki mühüm faydası vardır: Birincisi mətləbə təkid etmək, digəri and içilən şeyin əzəmətini bəyan etməkdir. Çünki heç kim dəyəri aşağı olan məxluqlara and içməz. Müqəttəə hərflərindən olan bu hərf Quranın əzəmətini ifadə etmək üçündür. Bundan dərhal sonra o, Qurani-Kərimə and içir.

2_ Əgər izzət və əzəmət istəyirsənsə, izzət və əzəmət sahibi Qurana üz tutun: Təbiidir ki, hər kim şərəfli həyat sürmək istəyirsə, şərafətli insanlarla yaşamaq və ünsiyyətdə olmaq lazımdır. Məsələn: insanların ad-sanları və imkanları olan nəsillərlə evlənmələrinin səbəblərindən biri də bu ailə şərəfindən istifadə etmək üçündür. Bu səbəbdən Allah buyurur ki, əgər izzət və əzəmət qazanmaq istəyirsinizsə, bu Qurana müraciət edin.

3_ Əgər Quran əzəmətlidirsə, biz də onu tərifləyib ehtiramla yad etməliyik: Allahın vəsfləri ilə bir şeyin dəyəri artdıqda, o, həm də insanlar üçün əvvəlkindən daha yüksək vəzifə yaradır. Əgər Quran əzəmətlidirsə, insanların vəzifəsi Qurana hörmət etməkdir. Əgər Quran Məciddirsə, insanların vəzifəsi Quranı tərif etməkdir.

“Buruc” surəsində Quranın əzəmətindən bəhs edən ayələrdə belə nəzərdə tutulur: Onların (kafirlərin) Quranı inkar edib onu sehr və şeirlə əlaqələndirməkdə israrları əbəsdir. Həqiqətdə, Quran əzəmətlidir və yüksək məqama sahibdir. «بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ» (Buruc, 2).

Quran lövhi-məhfuzda yazılmışdır. Ona pis insanların və şeytanların əlləri heç vaxt yetişməyəcək. Heç dəyişikliyə məruz qalmayan bir kitabdır.

captcha