IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 10

Sosial korrupsiya ilə ədalət arasındakı əlaqə

19:31 - July 19, 2023
Xəbər sayı: 3494482
TEHRAN (IQNA) - Hakimiyyət və millət ədalət əsasında hərəkət etməlidir. Yoxsulluğun aradan qaldırılması hökumətlərin, xüsusən də İslam hökumətinin vəzifələrindəndir. Cəmiyyətdə yoxsulluq olanda pis işlərin baş verməsini də gözləmək lazımdır.

İmam Əlinin (ə) həyatının əsasları Quranın əmrləri və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi əmrlər və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdur ki, bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə üzrə tədqiqatçı Baxşəli Qənbəri sosial əxlaqı Nəhcül-Bəlağənin nəzərindən tədqiq etmişdir ki, onun onuncu hissəsi “İctimai fəsad” mövzusundadır. Onu aşağıda oxuya bilərsiniz:

Mərhum Seyid Rəzi Nəhcül-bəlağənin 129-cu xütbəsinin əvvəlində buyurur; Həzrətin "ölçülər və tərəzi haqqında xütbəsi" və sonra insanların alqı-satqısına, çəkdikləri çəkilərə və ola bilsin ki, tərəzidə azçəkməsinə işarə edir.

Əslində bu xütbənin mövzusu ictimai əxlaqdır. Əli (ə) hər yerdə ədalətə çox həssaslıqla yanaşaraq müsəlman insanın bütün işlərini İslama uyğun aparmalı olduğunu, İslam cəmiyyətinin də bu cür olması lazım olduğunu vurğulayanlardandır. Belə olmamalıdır ki, az əhəmiyyət kəsb edən məsələlərə fikir verək və mühüm məsələləri unudaq.

İmam Əli (ə) buyurur; İslam cəmiyyətində hər şey tarazlaşdırılmalıdır. Bəzi məsələlərə ciddi yanaşıb, bəzilərini buraxmaq olmaz. Həzrət Əlinin (ə) bu xütbədə dediyi budur ki, ticarətçi, xidmətçi, istehsalçı və ümumiyyətlə hökumət və millət ədalət əsasında hərəkət etməlidir.

İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 129-cu xütbəsində dərin mənalı bir fikri ifadə edir; "Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi?

Bu məqama əsasən, yoxsulluğun aradan qaldırılması hökumətlərin, xüsusən də İslam hökumətinin vəzifələrindəndir. Cəmiyyətdə yoxsulluq olanda pis işlərin baş verməsini gözləmək lazımdır. Təəssüf ki, biz bu məsələləri öz gözlərimizlə görürük.

4134126

captcha