IQNA

Quranda əxlaqi mövzular / 13

Mücadilə; Həqiqətin itməsi ilə nəticələnən yol

8:44 - July 08, 2023
Xəbər sayı: 3494429
TEHRAN (IQNA) – İslamda mücadilə etmək qəti qadağandır, çünki mübahisə edən şəxs təəssübkeşliyə düçar olur. Onun məqsədi həqiqəti aydınlaşdırmaq deyil, özünü üstün etməkdir.

Haqqın ört-basdır edilməsinə, batilin qalib gəlməsinə səbəb olan hərəkətlərə misal olaraq mübahisə etməyi qeyd etmək olar. Müzakirələr iki şəkildə ola bilər. Birincisi, hər iki tərəf haqqa çatmaq və doğru yola getmək məqsədi ilə əlverişli nəticə əldə edir.

İkincisi, iki tərəfin və ya heç olmasa bir tərəfin mövzu ilə bağlı heç bir məlumatı yoxdur. Nəticədə sırf bu mübahisəni qazanmaq üçün çoxlu yalanlar danışır. Bu cür mübahisə İslam baxımından pislənilir və böyük günahlardan sayılır. Çünki qərəzlə çirklənmişdir və həqiqəti aydınlaşdırmaq üçün deyil, yalnız üstün olmaq üçün edilir.

Quran ayələrində mübahisə və qeyri-elmi və qərəzli müzakirələrdən bəhs edilir:

“Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun qoymaz, öyüd-nəsihət qəbul etməyib batilə uyar)” (Kəhf, 54(.

Bu ifadədən yaxşı şəkildə istifadə edilir ki, tərbiyə olmamış insanlar digərlərindən daha çox mübahisə edirlər. Hər halda bu ibarət göstərir ki, əgər insan ilk pak fitrətdən uzaqlaşarsa, mübahisələrə üz tutar. Həmçinin öz batil və qərəzli sözləri ilə haqqın qarşısında durub hidayət yolunu kəsər. Bu da tarixdə insan həyatının ən böyük fəlakətidir.

"Allah haqqında heç bir şey bilmədən (elmsiz-dəlilsiz “Rəbbimiz mələklərdən özünə övlad götürmüşdür” -deyə) mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır" (Həcc, 3). Maraqlıdır ki, bu ayənin sonunda mübahisə edənlər hər bir üsyankar şeytanın ardıcılları sayılırlar. Bu ibarət batillə mübarizənin şeytanın yolu olduğunu göstərir. Şeytan onlara nüfuz edib öz yoluna tərəf çəkər. İblisin “mərid” (yəni üsyankar) kimi vəsf edilməsi, mübahisə edənlərin haqqa qarşı üsyankarlar cərgəsində olmalarına dəlalət edir.

"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız" (Ənam, 121). Onların batil dəlilləri bu idi ki, əgər biz ölü heyvanların ətini yeyiriksə, bu, Allah onu öldürdüyünə görədir və bizim kəsdiyimiz heyvandan daha yaxşıdır, bu, Allahın işidir.

Ölü əti yemək üçün bu çirkin və yalançı bəhanə, insan və cinlərdən olan şeytanların öz dostlarına təklif etdikləri şeylə eynidir ki, onun köməyi ilə haqq sözü ilə mübahisə etsinlər. Allahın adı ilə kəsilən heyvanın pak ətini müqayisə edin və üstün sayın! Bu ifadədən yaxşı istifadə edilir ki, bu cür dəlillərin şeytani motivi var.

captcha