IQNA

Fələq və Nas surələrini oxumağın fəziləti

15:03 - May 08, 2023
Xəbər sayı: 3494141
Fələq və Nas surəslərinin oxumağın fəziləti haqqında buyrulan hədisləri təqdim edir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadla xəbər verir ki, Fələq və Nas surəslərinin oxumağın fəziləti haqqında buyrulan hədisləri təqdim edir.

1- İmam Baqir (ə) buyurdu : Hər kəs Vətr namazında “Qul əuzu birəbbil fələq” və “Qul əuzu birəbinnas” (muəvvəzətəyn) surələrini “Qul huvəllahu əhəd” surəsi ilə oxusa, o şəxsə belə xitab olunar. Ey Allahın bəndəsi sənə muştuluq veririk Allah sənin vətr namazını qəbul etdi.

2- Übəyy ibn Kəbdən nəql olunmuş hədisdə yazılıb ki hər kəs “Qul əuzu birəbbil fələq” və “Qul əuzu birəbbin-nas” surələrini oxusa, bilki Allah tərəfindən nazil olmuş bütün kitabları oxumuş kəs kimi olar. Uqbə ibn Amirdən rəvayətdə deyir: Allahın Rəsulu (s.ə.v.v.) belə buyurdu: Mənə misli olmayan ayələr nazil olmuşdur. O ayələr muəvvəzətəyndir. (Bu rəvayəti Müslüm özünün Səhih kitabında da nəql etmişdir). Uqbədən (s.ə.v.v.) belə rəvayət edib. O həzrət buyurdu: Ey Uqbə Quranda ən fəzilətli iki surəni sənə öyrətməyimmi? Dedim: Ya Rəsuləllah bəli öyrədin! Beləliklə o həzrət muəvvəzətəyni mənə öyrətdi, sonra onu sübh namazında oxudu və buyurdu: Onu (muəvvəzətəyni) yatan və ytağından qalxan zaman oxu.

3- Fəzl ibn Yəsar deyir: Əbu Cəfərin (ə) belə buyurduğunu eşitdim: Allahın Rəsulunun (s.ə.v.v.) cismində şiddətli ağrılar tapılmışdı. Cəbrail və Mikail (ə) o həzrətin xidmətinə gəldilər. Cəbrail (ə) o həzrətin baş tərəfində Mikail (ə) isə onun ayaq tərəfində oturdu. Beləliklə Cəbrail (ə) “Qul əuzu birəbbil fələq” surəsini Mikail isə “Qul əuzu birəbbin-nas” surəsini oxuyub o həzrəti dua etdilər və Allaha sığındılar.

Pis adət olan vasvaslığı aradan qaldırmaq üçün ərəb ayının on dördündə Nas surəsini bir qaba yazıb onu yuyub, o qabdan su için və onunla dəstəmaz alın. İnşaallah tezliklə vasvaslıqdan nicat tapar.

1- Rəvayət olunub ki, Həzrət İmam Rza (ə) bir şəxsin əsəb xəstəliyinin təsirindən bihuş olduğunu gördü. İmam qabda su gətirilməsini tələb etdi. Sonra həzrət Həmd, İxlas, və Muəvvəzətəyn (fələq və nas) surələrini o suya oxudu və suyu onun başına səpdi, beləliklə də o kişi ayıldı. Əgər bir şəxs əsəb xəstəliyinə düçar olsa, bu surələri (Həmd, İxlas, Fələq, Nas) yazıb özündə saxlasa şəfa tapar.

2- İmam Muhəmməd Baqirdən (ə) nəql olunmuş ayrı bir hədisdə yazılıb ki, xəstənin yanında əyləşib Həmd, Fələq, və Nas surələrinin hər birini on dəfə bihuş olmuş xəstəyə oxusanız, o ayılar.

captcha