IQNA

Həzrət Əlinin (ə) nəzərində nəfsi necə kontrol etmək olar?

12:05 - August 24, 2022
Xəbər sayı: 3492788
Nəfs (insan istəkləri) ilə ağılın mübarizəsində qalib öz həyatını dini və Qurani əsaslar üzərində qurmuş şəxsdir. Əks halda şəhvət və nəfsani istəklər qalib gəlsə, bəşəri kamilliklərin möhkəmlənməsi üçün zəmin aradan gedər.

Universitet müəllimi və Nəhcül-Bəlağənin tədqiqatçısı Həbibullah Sabirinəsab “İQNA”ya müsahibəsində “Nəhcül-bəlağə”də nəfsani istəklərdən çəkinməyə dair məqamları açıqlayıb ki, bunları aşağıda oxuyacaqsınız:

Bütün hallarda nəfsani istəklərdən qorunmaq insanı məğrurluq girdabına düşməkdən qoruyar. İlahi ayələrə və Nəhcül-bəlağədəki dəyərli məqamlara arxalanmaq insan həyatında çox qurucu rol oynaya və bizi şeytanın tələsindən xilas edə bilər.

“Nəhcül-bəlağə”nin 237-ci xütbəsinin bir hissəsi nəfsani istəkləri kontrol etməyin zəruriliyini bildirir. Həzrət Əli (ə) buyurur: "Nəfsinin əmiri o şəxsdirki, nəfsinin ağzına cilov taxıb və o cilovu əlində tutur. Elə ki, günah etmək istədiyi zaman cilovu çəkir və onun qarşısını alır. Onu yenidən Allahın itaətinə doğru aparır".

Bu məqama diqqət yetirmək bizə vurğulayır ki, insan öz üsyankar və tüğyankar nəfsinin qarşısında təqva və nəfsi idarə etməklə dayanmalıdır. Həmçinin bu pis xüsusiyyəti cilovlamaq və nəzarət altına almaq üçün gözəl xüsusiyyətlərdən istifadə etməlidir. Təqvaya əməl etməklə hər cür günah və pis işlərdən çəkinə bilərsiniz. Habelə özünüz üçün axirət və dünya səadəti ilə birlikdə həyata aydın baxışlar çəkə bilərsiniz.

Nəfs və ağıl mübarizəsində həyatını dini və Qurani-Kərim əsasları üzərində qurmuş şəxs qalib gəlir. Əks halda şəhvət və nəfsani istəklər qalib gələrsə, insanın həyatı mütləq o istiqamətə yönələr. Dini nöqteyi-nəzərdən məzəmmət edilmiş sifətlərdən çəkinmək ağlın qələbəsinin göstəricisidir və insan kamilliklərinin möhkəmlənməsinə zəmin yaradır. Allaha yaxınlaşmaq üçün insan nəfsini islah etməkdən qəflət etməməlidir. Bu barədə Həzrət Əli (ə) buyurur: “Nəfsini saflaşdıranlardan başqa, heç kəs həqiqi məqsəd və kamilliklərin yüksək zirvələrinə çatmaz”. Bu cümlə höccəti bizə tamamlayır ki, hər zaman nəfsimizdən ehtiyatlı olaq və onu kontrol etməkdən qafil olmayaq.

"Hücürat" surəsinin 13-cü ayəsində buyurulur: " 13.         Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır".

İslam nəzərində davranış və əxlaqi dəyərlərin hər birinin tanınması üçün xüsusi meyarlar nəzərdə tutulmuşdur. Bu da doğru istiqamətdə getmək yolunu bizim üçün daha aydın şəkildə göstərir. Məsələn, şəhadət kimi bir məqama sahib olmaq bunun göstəricisidir ki, şəxslər bu məqama yetişməyi özləri üçün seçdilər və bu kamillik dərəcəsinə çatana qədər bu yolda sabit qaldılar.

Nəfs və nəfsi istəklərlə mübarizə mühüm bir məsuliyyətdir. Nəfsani istəklərdən uzaq olmaq Allaha yaxınlığın əsasını təşkil edir. Həzrət Əli (ə) buyurur: "Allaha itaət və günahları ilə mübarizə aparmaq üçün nəfsi ilə cihad edən şəxs, Allah dərgahında şəhidlik iftixarına nail olmuş xeyirxah insan sayılar". Quran ayələrindən və digər dəyərli İslam kitablarından istifadə miqdarına görə həyatda və insan kamilliyinə çatmaqda yolunu müəyyən edən insanın üzüdür.

“Nəhcül-bəlağə”də yer alan məqamlara əməl etmək insana quyu ilə yolu və doğru ilə batili bir-birindən ayırd etmək üsulunu tanıtdırır. Şübhəsiz ki, Allaha itaət etmək və pak bəndə olmaq insanı nəfsani istəklərdən uzaqlaşdırır. Həzrət Əli (ə) buyurmuşdur: "Qənaət insanın özünü islah etməkdəki ən yaxşı köməkçisidir". Bu kəlam qənaətin fəzilətini vurğulayır. Həmçinin bizə xatırladır ki, bütün hallarda, xüsusən də nəfslə mübarizədə ilahi təqvanın kənarında qənaəti də özümüzə peşə etməliyik.

4076000

captcha