IQNA

Xristian keşiş və tədqiqatçı:

Hüseyn (ə) bəşəriyyəti xilas etmək üçün özünü fəda etdi

10:56 - August 06, 2022
Xəbər sayı: 3492676
Cənubi Afrikadan olan şiəşünaslıq üzrə keşiş və ustad Kərbəla hadisəsindən əvvəl və sonra İmam Hüseynin (ə) şəhadəti ilə bağlı mövcud olan rəvayətlərə toxunaraq dedi: Bir xristian tədqiqatçısı kimi İmam Hüseynin (ə) şəhadəti haqqında mənim nəzərim budur ki, Hüseyn (ə) Kərbəlada bəşəriyyəti xilas etmək üçün fədakarlıq etdi və bu yolla bütün irq, din və milli sərhədləri keçdi.

"İQNA"-nın verdiyi məlumata görə, Kristofer Klohessi Cənubi Afrikadan olan katolik keşişidir. O, İtaliyanın paytaxtı Romada yerləşən Papa Ərəb və İslam Araşdırmaları İnstitutunun şiə islamşünaslığı üzrə ustadıdır. O, "Mələklər tələsir: Kərbəla röyaları" (2021), "Qəlbimin yarısı: Əlinin (ə) qızı Zeynəbin (s) hekayəsi" (2018) və "Məhəmmədin qızı Fatimə (s)" (2017) kimi kitabların müəllifidir.

Amerikanın Şimal-Qərb Universitetinin təşkil etdiyi Məhərrəm ayının ilk matəm gecəsi mərasimində Klohisi “Kərbəla hadisəsinin Xanım Ümmü Sələmə və başqalarının yuxusunda əks olunması” mövzusunda çıxış edib.

O, çıxışının əvvəlində dedi: "Mən burada bir keşiş kimi deyil, illərlə şiə mətnlərini ciddi şəkildə mütaliə etmiş biri kimi çıxış edirəm".

O, sözünə belə davam etdi: Hicri 61-ci ildə İmam Hüseyn (ə) şəhid oldu. İmamın (ə) şəhadət vaxtı yaşısəksəndən çox olan Peyğəmbərin (s) həyat yoldaşı Ummu Səlma həmin gecə yuxuda İmamın şəhadətini gördü. O, İmam Hüseynin (ə) və Kərbəlanın yuxusunu görmüş böyük bir müsəlman qrupunun biri idi. Bu insanların yuxuları daha çox gecələr, bəzən isə gündüzlər olur. Bu yuxular bəzən bir və ya bir neçə mələk, bəzən də cinlərin səsi və ya Kərbəlanın toz-torpaq və qanı haqqında idi.

Klohisi deyib ki, bu yuxuların bəziləri Kərbəla hadisəsindən sonra olub. Onlar İmamın şəhadətində iştirak etdikləri üçün əzab içində görünən bəzi insanlar haqqında idi. Bəziləri elə Aşura gecəsində görüldü. Ümmü Sələmənin yuxusu kimi cinlər də İmam Hüseynin (ə) şəhadəti üçün Peyğəmbərə (s) başsağlığı verdilər.

O, daha sonra dedi: Sizə deyirəm ki, bütün bu yuxular və rəvayətlər Hüseyn (ə) kimi yaşam modelinin Yezid kimi yaşam modelindən daha üstün olduğunu göstərir. Hüseyninin həyatı zülmə və ədalətsizliyə qarşı müqavimətdir. Mənim üçün bu xəbərlər Əhli-beytin (ə) Allaha bağlı olduğuna işarədir. Bir xristian ilahiyyatçısı kimi mənim nəzərimdən İmam Hüseynin (ə) şəxsiyyəti bütün nəsillər üçün örnəkdir. Əgər Kərbəla müharibəsinə fərqli yanaşsaq, yəni onu Vaterloo döyüşü və Britaniya müharibəsi kimi digər müharibələrlə müqayisə etsək, Kərbəla müharibəsinin şiə düşüncəsi və gündəlik həyatının strukturunda və həyat keyfiyyətində dərin kök saldığını görərik. İmam Hüseynin (ə) həyatı və şəhadəti müsəlman cəmiyyətinə və mənim fikrimcə İslam cəmiyyətindən əlavə son 1400 ildə insan həyatına məna və motivasiya verimişdir.

Bu xristian ustadı sözünə belə davam edib ki, bu inanclar bütün nəsillərdə təkrar olunub ki, şiələr üçün Kərbəla bir dəfə İraqın bir küncündə baş vermiş və bitmiş tarixi hadisə deyil, Kərbəla xatirəsi həmişə canlıdır.

4074967

captcha