IQNA

İmam Əlinin (ə) hərəmində dünyanın ən böyük tortu paylanılıb

8:31 - July 19, 2022
Xəbər sayı: 3492575
Həzrət Əmirəlmöminin Əlinin (ə) aşiqləri bu gün, iyulun 18-də Allah günü olan Qədir-Xum bayramı münasibəti ilə dünyanın ən böyük tortunu bişirərək o Həzrətəin zəvvarlarına paylayıblar.

"İQNA", xəbər verir ki, Əmirəlmöminin Əlinin (ə) aşiqləri Allah günü olan Qədir-Xum bayramı münasibəti ilə dünyanın ən böyük tortunu bişirərək o Həzrətəin zəvvarlarına paylayıblar.

Bu tortu İranda İmam Əli (ə) və Əhli-beyt (ə) sevənlər bişiriblər. Nəcəfdə müvəhhidlər ağası Həzrət Əlinin (ə) hərəmində Həzrət Fatimeyi Zəhra (s) zalında bəzədilərək paylanıb. Bu böyük tortun çəkisi 200 ton, uzunluğu 1433 metr olub.

Əhli-beyt (ə) aşiqləri həmçinin Nəcəf Əşrəfdə o Həzrətin hərəmində toplaşıb birlikdə dualar edib və zikrlər deyiblər.

4071702

captcha