IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın Naxçıvan Muxtar Respublikasındakı Mədəniyyət Əlaqələri Mərkəzinin təşəbbüsü mərhum Höccətul-İslam vəl-müslimin Məhəmmədi İştihardinin qələmə aldığı "Aşura peyğəmbəri Həzrət Zeynəb (s)" kitabı Azərbaycan dilinə tərcümə olunaraq çap və nəşr edilib.
Bu barədə İranın Naxçıvan Muxtar Respublikasındakı Mədəniyyət Əlaqələri Mərkəzinin məsulu Əbulfəzl Rəbii məlumat verib.
Höccətul-İslam vəl-müslimin Məhəmməd Məhəmmədi İştihardinin müəllifi olduğu bu dəyərli kitab Ərbəin ziyarəti günləri münasibəti ilə tərcümə, çap və nəşr edilib.
Kitab Həzrət Zeynəbin (s) uşaqlı həyatını, irfani və elmi məqamını, Aşuraya qədər, Aşura qiyamında və qiyamdan sonrakı fəaliyyətlərini, Həzrət Zeynəbin (s) Kufə və Şamda söylədiyi xütbələri və O həzrətin (s) Əhli-Beytin (ə) əsir düşmüş qadın və uşaqlarını necə himayə etdiyi kimi mövzuları işıqlandırıb.
Həzrət Zeynəbin (s) həyatı ilə ətraflı tanış olmaq istəyənlər üçün kitabın elektron versiyası PDF formatına Mədəniyyət Əlaqələri Mərkəzinin saytında yerləşdirilib.
Kitabın PDF formatını əldə etmək üçün qarşıdakı linkə keçid edə bilərsiniz: "Aşura peyğəmbəri Həzrət Zeynəb (s)"
iqna / 4001258