Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu:
“Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!”
Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu:
1. Kufədə şəhid olan Müslim ibn Əqil;
2. Abdullah ibn Müslim ibn Əqil;
3. Məhəmməd ibn Müslim ibn Əqil;
4. Cəfər ibn Əqil;
5. Əbdürrəhman ibn Əqil;
6. Məhəmməd ibn Əqil;
7. Abdullah ibn Əqil;
8. Əli ibn Əqil;
9. Məhəmməd ibn Əbu Səid ibn Əqil.
Maide.Az - Maarif bölümü