IQNA

Rusiyada cəsarət mükafatı alan müsəlman gənc: "Dinim mənə yaxşı olmağa kömək edir"

5:12 - March 30, 2024
Xəbər sayı: 3495707
İQNA – Rusiyanın paytaxtı Moskvada “Crocus City Hall” konsert salonunda törədilən terror aktında 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilov deyib: "İnsanlar şüurlu və ya şüursuz şəkildə mənim onlara kömək edə biləcəyimi anladılar və dərhal göstərişlərimi dinləməyə başladılar. Bundan sonra evakuasiya planına uyğun hərəkət etdim".

Rusiyanın paytaxtı Moskvada "Crocus City Hall" konsert zalında törədilən terror aktında 100-dən çox insanı xilas edən 15 yaşlı müsəlman gənc İslam Xəlilov martın 22-də işlədiyi konsert zalında baş verən terror aktı zamanı başına gələnləri danışıb.

Hücum gününün adi iş günü kimi başladığını bildirən Xəlilov konsert zalında işini gördüyünü və həmişəki kimi konsertə gələn tamaşaçılara xidmət etdiyini bildirib.

Terrorçuların saat 20.00-da konsertin başlama zəngi çalınması ilə zalda hücuma başladığını bildirən Xəlilov deyib ki, əvvəlcə birinci mərtəbədən qəribə səslər eşitdim. Aşağı mərtəbədə işləyirdim. Əvvəlcə düşündüm ki, sərxoş bir qrup səs-küy salır və ya eskalatorlarda problem yarandı. Sonra insanlar panikaya düşdülər. Onlar binanın müxtəlif istiqamətlərinə pilləkənlərə və eskalatorlara doğru dağılaşanda anladım ki, terror aktı başlayıb.

Evakuasiya planına uyğun olaraq dəqiq hərəkətə keçərək insanları qonşu “Krokus Ekspo” sərgisinin binasına yönəltməyə başladığını qeyd edən Xəlilov bu yaxınlarda belə vəziyyətlərdə necə davranmaq barədə təlimlər keçdiklərini bildirib.

"Təlim martın 8-də, o cümlədən konsert salonlarında terror aktının baş verməsi ehtimalı barədə məlumat yayıldıqdan sonra keçirilib. Ona görə də rəhbərlik bizi hazırlamaq qərarına gəlib. Beləliklə, ümumilikdə hazır idik", -  deyə Xəlilov bildirib.

"Dinim mənə yaxşı olmağa kömək edir"

Yavaş-yavaş hər şeyin düzəldiyini və psixoloqun köməyinə ehtiyac duymadığını deyən Xəlilov "Dinim mənə kömək edir. Gecələr dua və zikr oxuyuram. Bu, rahat yatmağıma kömək edir" deyib.

Bazar ertəsi məktəbə qayıtdıqdan sonra mühüm şəxslərdən mükafat aldığını izah edən Xəlilov hər kəsin onu çox səmimi qarşıladığını, qəhrəman olduğunu söylədi. Xəlilov bütün səylərini əsirgəməməsinin səbəbinin ailəsindən və tərbiyəsindən qaynaqlandığını vurğulayıb.

Teqlər: rusiya ، müsəlman ، İslam ، terror
captcha