İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu qurumun Afrikanın müxtəlif ölkələrindəki şöbələri ilə əməkdaşlıq şəraitində və 4-cü müsabiqənin uğuru nəzərə alınaraq müsabiqəyə hazırlıq işləri görülür.
İlkin mərhələ üçün imtahanlar aprelin 19-da başlayıb və mayın 20-dək Afrikanın müxtəlif ölkələrində bu qurumun 48 filialında davam edir.
6-cı Məhəmməd Fondu bəyan edib ki, müsabiqənin təşkilində məqsəd gənc Afrika müsəlmanlarını Qurani-Kərimlə, eləcə də əzbərləmə, tərtil və qiraət mədəniyyəti ilə əlaqə yaratmağa təşviq etməkdir.
Bu fond Afrika qitəsinin şimal-qərbində Qurani-Kərimin təbliği və çapı sahəsində ən mühüm Quran fondlarından biri hesab olunur.
4212127