IQNA

Deportasiya edilən Quran yandıran təxribatçı Momika Norveçə getdi

5:03 - March 30, 2024
Xəbər sayı: 3495706
IQNA - Deportasiya qərarı İsveç İmmiqrasiya Apellyasiya Məhkəməsi tərəfindən təsdiqlənən Quran yandıran təxribatçı Salvan Momika sığınacaq istəmək üçün Norveçə gedib.

İmmiqrasiya Apellyasiya Məhkəməsi, İmmiqrasiya Məhkəməsinin Momika üçün deportasiya qərarını qüvvədə saxladığını elan etdi.

Ölkənin “Ekspress” qəzetinə açıqlama verən Momika, İmmiqrasiya Apellyasiya Məhkəməsinin qərarından sonra İsveçi tərk edərək Norveçə getdiyini və Norveçdən sığınacaq istəyəcəyini bildirib.

İmmiqrasiya İdarəsi 2023-cü ilin oktyabrında Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu və bu tarixdən sonra deportasiya ediləcəyini açıqlamışdı.

Momika qərardan apellyasiya şikayəti verib və işi İmmiqrasiya Məhkəməsinə aparıb.

İmmiqrasiya Məhkəməsi həmçinin Momikanın yaşayış icazəsi ərizəsi ilə bağlı yanlış məlumat verdiyini və buna görə də İmmiqrasiya İdarəsinin deportasiya qərarını təsdiqlədiyini elan etdi.

Momika daha sonra qərardan Apellyasiya Məhkəməsinə şikayət edib.

Salvan Momika iyunun 28-də paytaxt Stokholmda Qurban bayramının ilk günündə Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.

Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. Momika avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb.

Sentyabrın 3-də Malmö şəhərində Momikanın polisin himayəsi altında Quranı yandırması və ona mane olmağa çalışan 15 nəfərin saxlanması ilə bağlı etiraz aksiyaları keçirilib.

Momika sonuncu dəfə oktyabrın 21-də Stokholmun mərkəzində Quran və Fələstin bayrağını yandıraraq İsrailə dəstək aksiyası keçirib.

2023-cü il dekabrın 7-də Danimarka Parlamenti müqəddəs kitabların yandırılmasını və bu kitablara hücumu qadağan edən qanun layihəsini qəbul edib.

TRT Xəbərləri

captcha