IQNA

Möhkəm və əzmkar olmaq səadətə çatmağın amillərindəndir

23:34 - September 22, 2023
Xəbər sayı: 3494777
TEHRAN (IQNA) - Sabit və möhkəm olmaq hər bir dini məsələdə vacib və zəruridir. Xüsusən də cihad zamanı Allah tərəfindən təlaşa düşmə, qaçma, tənbəllik etmə, tam şücaətlə vuruş əmri verilir.

Beynəlxalq Quran Xəbər Agentliyi (IQNA) xəbər verir ki, Qeyd etdiyimiz kimi insanın səadəti öz əlindədir. Çünki insan iradə və ixtiyar sahibi olan bir varlıqdır. Buna görə də insan öz seçimi və əməlləri ilə səadət yoluna qədəm qoyur.

Keçən bəhsimizdə qeyd etdiyimiz kimi Quran mədəniyyətində səadətə çatanlar üçün xüsusi xüsusiyyətlər və amillər bəyan edilmişdir. Hər bir insan oğlunun vəzifəsi və xeyri Quranla və orada bəyan olunan səadət amilləri ilə tanış olmaqdır. Çünki Quran insanı yoxdan var edən Allahın kəlamıdır.

Keçən bəhsimizdə o amillərdən birinə (Namazı bərpa etmək) işarə etdik.

Bu bəhsimizdə də digər bir amili qeyd edəcəyik. O da möhkəm və əzmkar olmaqdır.

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا ... لَعَلَّكُمْ تُفْلِحُونَ»

"Ey iman gətirənlər! Bir dəstə (kafir dəstəsi) ilə üz-üzə gəldikdə möhkəm olun ... nicat tapasınız!" (Ənfal, 45).

Ayə deyir ki, rəqib ordunun qarşısında möhkəm olmaq ilahi bir əmrdir. Qələbə və nicat tapmağa səbəb olan Allaha dua edib diqqət yetirməklə, Ondan kömək diləməklə buna nail olmaq olar.

Sabit və möhkəm olmaq hər bir dini məsələdə vacib və zəruridir. Xüsusən də cihad zamanı Allah tərəfindən təlaşa düşmə, qaçma, tənbəllik etmə, tam şücaətlə vuruş əmri verilir.

Ali Məqamlı Rəhbər buyurur: "Yol hamar deyil. Allah yolu, Allah yolunda çalışmaq yolu, haqq və ədalətin bərpası yolu, İslam svilizasiyası, həqiqi İslam quruluşu və İslam cəmiyyətinə gedən yol çətin yoldur. Bu, peyğəmbərlərin şətinliklə keçdikləri və irəlilədikləri bir yoldur".

Bir rəvayətdə Peyğəmbər (s) belə buyurur: "Hud surəsi məni qocaltdı". Çünki bu surənin yükü olduqca ağır idi. Hud surəsinin hansı hissəsi? Nəql olunur ki, məqsəd bu ayədir:

«فَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطۡغَوۡاْۚ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ»

"Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Həddi aşmayın. Həqiqətən, O, etdiklərinizi görür" (Hud, 112).

Ali Məqamlı Rəhbər həmçinin buyurur: "Bu, ayə Peyğəmbəri (s) nə üçün qocaltdı? Çünki bu ayədə belə buyurulur: "Sənə əmr etdiyimiz kimi, bu yolda möhkəm dayan, müqavimət göstər və səbir et". Elə bu müqavimətin özü çətin bir işdir. Mənim əzizlərim və övladlarım! Diqqətli olun ki,düşmən sizin hərəkətinizi dayandırmasın! Yol enişli-yoxuşlu bir yoldur. Elə bir yoldur ki, bəziləri, ola bilsin, xoşagəlməz amillərlə qarşılaşdıqları üçün əzm və iradəsini itirsinlər. Çalışın, bu yolda qətiyyət və iradənizi itirməyəsiniz!".

Beləliklə, İlahi əmrə əsasən, səadətə çatmağın yollarından biri insanın tutduğu haqq yolunda möhkəm, əzmkar və sabitqədəm olmasıdır.

captcha