IQNA

Namazı bərpa etmək səadətə çatmağın amillərindəndir

13:43 - August 20, 2023
Xəbər sayı: 3494633
TEHRAN (IQNA) - Namazın bərpa edilməsinə əhəmiyyət vermək, vaxtında qılınmasına diqqət yetirmək, onu qılmaqda səhlənkarlıqdan çəkinmək səadətə çatmağın amillərindəndir.

Mütəal Allah Quranda bu barədə buyurur:

«قَدْ أَفْلَحَ الْمُؤْمِنُون * الَّذِينَ هُمْ فِى صَلاَتِهِمْ خَـشِعُونَ...الَّذِينَ هُمْ عَلَى صَلَوَ تِهِمْ يُحَافِظُون»

"Həqiqətən, möminlər nicat tapmışlar!  O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!). Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar)" (Möminun, 1-2 və 9).

Əxlaq alimləri həmişə səadət ardıcıllarına deyirlər ki, namaz mənəviyyatın və Allaha yaxınlaşmanın ən yaxşı amillərindən biridir. İnsanın yaradılışına və onun təkamül yoluna digər insanlardan daha çox agah olan Allah-təala namazı vacib etdi və Peyğəmbərin (s) vasitəsilə insanlara onu qılmağı tapşırdı ki, insanlar ondan xoşbəxtlik və takamülə çatmaq üçün faydalansınlar.

Səadət və kamilliyə can atan şəxs ilk növbədə vəzifə və öhdəliklərini yüksək keyfiyyətlə yerinə yetirməlidir. Əgər onları ixlasla və qəlb hüzuru ilə yerinə yetirirsə, bu, Allaha yaxın olmaq üçün ən yaxşı vasitədir. Əlbəttə ki, əgər insan vacib işləri tərk edərsə, müstəhəb əməlləri yerinə yetirməklə heç bir yerə çatmaz və heç bir halda Allaha yaxınlıq tapa bilməz. Amma vəzifələri yerinə yetirdikdən sonra müstəhəb əməllər vasitəsilə Allaha yaxınlaşıb yüksək məqamlara çata bilər.

Başqa sözlə desək, insan namazın sirlərinə və onun öz həyatındakı təsirlərinə diqqət yetirsə, bu yolda səyini əsirgəməz. İki düşüncə və zikr qanadı ilə kamillik səmasına doğru uçar. Əvvəl vaxtında və qəlb hüzuru ilə və təvazökarlıqla qılınan namaz insanı səadət və xoşbəxtliyə çatdırar.

Deməli, yuxarıdakı ayələrə və qeyd olunan mətləblərə əsasən belə qənaətə gəlmək olar ki, insan təvazökarlıqla namaz qılmaqla dünya və axirət səadətinə çatacaqdır.

Tarixdə xoşbəxt insanların çoxlu nümunələri var. Onların xoşbəxtliyinin əsas amili təvazökarlıqla yanaşı, əvvəl vaxtda namaz qılmaq və ona diqqət yetirməkdir.

Onların biri İranın keçmiş prezidenti olmuş Şəhid Rəcaidir. Onun məşhur kəlamı belə idi: "İşə de ki, namaz vaxtıdır, namaza demə, mənim işim var".

Namazın bərpa edilməsinə əhəmiyyət vermək, vaxtında qılınmasına diqqət yetirmək, onu qılmaqda səhlənkarlıqdan çəkinmək səadətə çatmağın amillərindəndir.

Namaz, aciz bir bəndənin bütün varlığı sonsuz qüdrəti ilə xəlq etmiş mütəal Allah ilə əlaqəsi və onu yad etməsidir. Belə olduğu surətdə insan xoşbəxt olar. Çünki insan Allahı yad etməklə və Onu unudmamaqla dünya və axirət səadətinə nail ola bilər.

captcha