IQNA

Ərəb Parlamenti BMT-nin islamofobiya ilə mübarizə tədbirlərini alqışlayıb

10:50 - March 19, 2024
Xəbər sayı: 3495654
İQNA - Ərəb Parlamenti Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının "İslamofobiya ilə mübarizə tədbirləri" haqqında qətnamə qəbul etməsini və təşkilatın "İslamofobiya" ilə mübarizə üzrə xüsusi nümayəndəsinin təyin edilməsini alqışlayıb.

Ərəb Parlamenti bəyanat yayıb və islamofobiya və ifrat ideologiyalarla mübarizə üçün bütün səyləri dəstəklədiyini açıqlayıb.

Bəyannamədə Ərəb Parlamenti bütün dinlər arasında sülh və qarşılıqlı hörmət dəyərlərinin gücləndirilməsi, zorakılıq və islamofobiya ilə mübarizə üçün ərəb, regional və beynəlxalq əməkdaşlığı gücləndirmək səyləri vurğulanıb.

BMT Baş Assambleyası martın 15-i “İslamafobiyaya qarşı Beynəlxalq Mübarizə Günü” elan edib. Bu qərar beynəlxalq səviyyədə islamafobiya ilə mübarizədə dönüş nöqtəsidir.

Qərar insan hüquqlarına və müxtəlif din və inanclara hörmətə əsaslanan tolerantlıq və sülh mədəniyyəti ilə qlobal dialoqu təşviq edən beynəlxalq səyləri gücləndirməyə çağırıb.

4206044

captcha