"İQNA", Səudiyyə Ərəbistanının "Əl Mənatiq" qəzetinin saytına istinadən verdiyi məlumata görə, baş katib bu tədbirin islamafobiya qurbanları ilə həmrəylik üçün bir fürsət olduğunu bildirib.
İKT-nin baş katibi həmçinin nifrət və təəssübkeşliyin getdikcə daha çox yayılmasının narahatlıq doğurduğunu qeyd edərək deyib ki, islamofobiya və digər ksenofobiya bəziləri üçün adi bir hadisəyə çevrilib.
Mesajının sonunda o, beynəlxalq ictimaiyyətin bütün üzvlərini islamofobiya fenomeni ilə mübarizə, dinlər və mədəniyyətlər arasında tolerantlıq, anlaşma və həmrəylik dəyərlərinin gücləndirilməsi üçün səylərini birləşdirməyə və lazımi tədbirlər görməyə çağırıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə qəbul etdiyi qərarla 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Qətnamə müsəlmanlara qarşı hər cür nifrət və zorakılıq xarakterli bəyanatları pisləyir və tolerantlıq və sülhü təşviq etmək üçün beynəlxalq səyləri gücləndirməyə çağırır.
Beynəlxalq İslamofobiya ilə Mübarizə Gününün təsdiqindən və təyin olunmasından iki il sonra Baş Assambleyanın zalında İslamofobiya ilə mübarizə tədbirləri haqqında qətnamə layihəsinə səsvermə zamanı 0 “xeyr”, 44 “qərarsız” və 115 “bəli” səsi ilə nəticələndi.
İran İslam Cümhuriyyətinin BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrvani qətnamə layihəsinin təsdiqini dəstəkləyib.
4205618