IQNA

Qəzzada Ramazan ayı obaşdansız və iftarsız başlayıb

16:23 - March 12, 2024
Xəbər sayı: 3495616
İQNA – Fələstində Ramazan ayının başlaması ilə eyni vaxtda Qəzza hökumətinin media ofisi beynəlxalq ictimaiyyəti Qəzzada aclıq prosesinin qarşısını almağa və sərhəd qapılarında saxlanılan yüz minlərlə ton yardımı köçürməyə çağırıb.

"İQNA", xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl Qudra Qəzzanın şimalında tibb işçilərinin gecə-gündüz işlədiyini və yeməyə heç bir şeylərinin olmadığını açıqlayıb.

Fələstinin Səma xəbər agentliyi tibb işçilərinin qida çatışmazlığı səbəbindən çox zəif olduğunu bildirib.

Qəzza Səhiyyə sözçüsü bildirib ki, şəhərin şimalında 2 mindən çox tibb işçisi müqəddəs Ramazan ayına obaşdan və iftarsız başlayıb.

Əl-Qudra beynəlxalq təşkilatları və yardım təşkilatlarını tibbi qrupların öz işlərini görə bilməsi üçün hazır yeməklər göndərməyə çağırıb.

İşğalçı rejimin hücumları Ramazan ayının ilk günündə də dayanmayıb. Qüds əhalisi Məscidül-Əqsaya gedib bu yerdə ibadət etmək istəyirdi. Lakin işğalçı qüvvələr onların qarşısını alıb, döyüblər.

4204751

captcha