IQNA

Kanada və İsveç UNRWA-ya yardımı bərpa edir

10:41 - March 11, 2024
Xəbər sayı: 3495609
İQNA – Kanada və İsveç Qəzzadakı ağır humanitar vəziyyətə görə BMT təşkilatına yardımlarını davam etdirəcəklərini açıqlayıblar.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, bəzi Qərb ölkələri UNRWA-ya yardımlarını dayandırıb. Kanada yardımın bir ay müddətinə dayandırılmasından sonra UNRWA-ya maliyyə yardımını davam etdirəcəyini açıqlayıb.

Kanadanın inkişaf naziri Əhməd Hüseyn mətbuat konfransında ölkəsinin UNRWA-ya maliyyə yardımını bərpa edən ilk G7 ölkəsi olduğunu qeyd edib. O, bu qərarın xüsusilə Qəzzadakı fəlakətli humanitar vəziyyətə görə verildiyini bildirib.

İsveç UNRWA-ya yardımını davam etdirəcəyini açıqladı və bu məqsədlə Qəzza xalqına 20 min dollarlıq yardım edən ikinci qərb ölkəsi oldu.

UNRWA Qəzza zolağına yardım əməliyyatlarında mühüm rol oynayır. Beynəlxalq təşkilatlar Qəzzada aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edir.

İsrailin UNRWA-ya qarşı ittihamlarından sonra bir çox Qərb ölkələri agentliyə maliyyə yardımını kəsib.

UNRWA rəsmisi Filipe Lazzarini bildirib ki, İsrail agentliyin bəzi əməkdaşlarının HƏMAS ilə əməkdaşlıq etdiyinə dair ittihamları ilə bağlı heç bir sübut təqdim etməyib.

4204422

captcha