IQNA

Google İsrailə etiraz edən əməkdaşını işdən çıxarıb

8:45 - March 10, 2024
Xəbər sayı: 3495594
İQNA – ABŞ-ın texnologiya şirkəti Google-un Nyu Yorkda keçirilən texnologiya tədbirində İsrailə etiraz edən mühəndisini işdən çıxardığı öyrənilib.

  TRT xəbər verir ki, Google sözçüsü açıqlamasında şirkətin sponsorluq etdiyi rəsmi tədbirə bir işçinin müdaxilə etdiyini və təqdimat edən həmkarının danışmasına mane olduğunu bildirib.

"Məsələdən asılı olmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğuna görə işdən çıxarılıb", - deyə məlumatda bildirilir.

Bazar ertəsi Nyu Yorkda keçirilən tədbirdə Google Cloud mühəndisi israilli bir idarəçinin çıxışını dayandıraraq, "Mən soyqırımı, aparteid və ya nəzarəti gücləndirəcək texnologiya istehsal etməkdən imtina edirəm" dedi.

Teqlər: qəzzə
captcha