IQNA

Braziliya prezidenti qatıldığı tədbirdə Fələstin bayrağını açıb

9:06 - March 06, 2024
Xəbər sayı: 3495577
İQNA – Braziliya prezidenti Luiz İnasio Lula da Silva İsrailin hücumları altında olan Qəzza zolağına dəstək üçün iştirak etdiyi tədbirdə Fələstin bayrağını açıb.

Paytaxt Braziliyada keçirilən 4-cü Milli Mədəniyyət Konfransının açılış mərasiminə qatılan Lula da Silva Fələstinə dəstəyini bir daha təkrarlayıb. Konfransda Fələstin bayrağını qaldıran Lula da Silva çıxışında "Bu yaxınlarda Fələstində baş verənləri gündəmə gətirdiyim üçün çox tənqid olundum. Zaman göstərəcək ki, mən haqlıyam. Fələstin xalqının şərəfli bir dövlətə sahib olmaq, yaşamaq və öz dövlətlərini qurmaq hüququ var".

İsrailin Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf alan hücumunu xatırladan Lula da Silva bunun İsrailin 7 oktyabrdan bəri Qəzzaya qarşı həyata keçirdiyi "ən ölümcül" hücumlardan biri olduğunu vurğulayıb.

Lula da Silva martın 2-də Saint Vincent və Grenadines-də keçirilən CELAC Sammitində etdiyi çıxışında "Beynəlxalq ictimaiyyətin laqeydliyi göz qabağındadır. İnsanlar indi ərzaq almağa çalışarkən növbə ilə öldürülür" qiymətləndirməsini etdi.

AA

captcha