IQNA

İƏT baş katibi Avropadakı islamafobiyanı tənqid edib

10:21 - March 02, 2024
Xəbər sayı: 3495550
İQNA – İslam Əməkdaşlıq Təşkilatının baş katibi Hollandiya xarici işlər naziri ilə görüşündə Avropa ölkələrində islamofobiyanın artmasını tənqid edib.

"İQNA", İƏT İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İƏT-in baş katibi Hüseyn İbrahim Taha Fələstin torpaqlarının işğalı ilə bağlı Haaqada keçirilən Beynəlxalq Ədalət Məhkəməsinin iclası çərçivəsində Hollandiyanın xarici işlər naziri Haneke Bruns Slott ilə görüşüb.

Görüşdə hər iki tərəfin ümumi maraqları müzakirə olunub. Eyni zamanda, baş katib işğalçı rejimin Fələstin xalqına qarşı törətdiyi cinayətlərin davam etməsindən narahatlığını ifadə edib. Bundan əlavə, o, Hollandiya kralından Qəzzaya humanitar yardım göndərmək üçün İsrailə daha çox təzyiq göstərməsini istəyib.

BMT-nin baş katibi, həmçinin Hollandiya xarici işlər naziri ilə Quranın yandırılması kimi Hollandiyada baş verən islamofobiya və təhqiramiz hadisə ilə bağlı danışıb və ümidvar olduğunu bildirib ki, hakimiyyət bu əməllərin qarşısını almaq üçün daha çox işlər görəcək.

Niderlandın xarici işlər naziri ölkəsinin İslam dünyasının narahatlığını anladığını və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələrini gücləndirmək arzusunda olduğunu və ölkənin bu təşkilata xüsusi nümayəndə gətirmək qərarını vurğulayıb.

4202516

captcha