Avropada Qurani-Kərimin “polis mühafizəsinin müşayiəti ilə” yandırılması təxribatlarına yenisi əlavə edilib. Quran yandırma etirazlarına səhnə olan İsveçin paytaxtı Stokholmda Jade Sandberg adlı qadın polisin müşayiəti ilə Quranı yandırıb.
Kiçik bir nümayişə çevrilən etirazında Sandberq meqafondan istifadə edərək Avropada İslamın qadağan edilməsini istəyib.
Xatırladaq ki, Salvan Momika iyunun 28-də paytaxt Stokholmda Qurban bayramının ilk gününə təsadüf edən Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.
Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də və 14-də isə İsveç parlamentinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb. Momika avqustun 24-də Stokholm məscidinin qarşısında Quranı yenidən yandırıb.