IQNA

BGMİ-nin Şeyxindən Şaban ayının mövludları münasibətilə təbrik

23:16 - February 13, 2024
Xəbər sayı: 3495460
İQNA - Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Şaban ayının mövludları münasibətilə təbrik mesajı yayıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadla xəbər verir ki, bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Şaban ayının mövludları münasibətilə təbrik mesajı yayıb.

Sosial şəbəkə səhifəsində yayımlanan mesajda deyilir: “Şaban ayının mübarək mövludları münasibətilə bütün müsəlmanları təbrik edirik. Şaban ayı mübarək 3 aydan biridir. Bu aya xüsusi mənəviyyat bəxş edən bu ayın mövludlarıdır. Belə ki, Şaban ayının 3-ü İmam Hüseynin (ə), 4-ü Həzrət Əbəlfəzl Abbasın (ə), 5-i İmam Zeynul-Abidinin (ə) mövlud günləridir. Bu mənəvi ayda, bu mübarək mövludlar münasibətilə bütün müsəlmanları təbrik edir, ibadətlərinin qəbul olunmasını diləyirik.”

captcha