IQNA

Arnhem meri: “Hollandiyada Quran yandırılmamalıdır”

12:04 - January 28, 2024
Xəbər sayı: 3495378
İQNA – Hollandiyanın Arnhem şəhərinin Mərakeş əsilli meri Quran yandırma hərəkətlərini “başqalarını təhrik edən zəhərli hərəkətlər” adlandırıb və fərqli inanclara daha çox hörmət edilməsini tələb edib.

"İQNA", "ML Times"-a istinadən xəbər verir ki, Hollandiyanın Arnhem Bələdiyyə Başçısı Əhməd Markuş yanvarın 13-də Pegida lideri Edvin Vaqensveldin Arnhemdə Qurani-Kərimi yandırmaq cəhdinin nəzarətdən çıxmasından sonra ölkədə Quranın yandırılmasının qadağan edilməsini tələb edib.

Keçən həftə ekstremist Pegida partiyasının lideri Edvin Vaqensfeld Arnhemdə Quranı yandırmağa cəhd etdi və əsasən müsəlman etirazçıların müqaviməti ilə üzləşdi. Gərginlik çoxlu sayda insanın yaralanmasına və həbs olunmasına səbəb olub.

Markuç həmçinin müqəddəs kitabların yandırılmasının xaricdən sərt reaksiyalara səbəb ola biləcəyi üçün milli təhlükəsizliyə təhlükə yarada biləcəyini ifadə edərək, Arnhemdəki hadisədən əvvəl və sonra Xarici İşlər Nazirliyi ilə əlaqə saxladığını bildirib.

Şəhər şurası müzakirəsi yerli DENK Partiyasının Arnhem şəhər məclis üzvü Yıldırım Usta tərəfindən başladılıb, o, Markuçun niyə əvvəllər Qurani-Kərimin yandırılmasını qadağan etmədiyini və bunu uğursuz hesab etdiyini soruşub.

Markuç, qanun dəyişilməsə, Pegida və digərlərinin gələcəkdə oxşar etiraz aksiyaları təşkil etməsinə mane olmayacağını söylədi.

Pegida çərşənbə günü elan etdi ki, mart ayının sonunda Arnhemdə yeni Quran yandırılmasını təşkil etməyi planlaşdırır. Şəhər şurası dini kitabların və əşyaların təhqir olunmasını və yandırılmasını pisləyib, bunu ictimai harmoniyaya hücum hesab edib.

Vaqensveldin son iki ildə Quran yandırma keçmişi var. O, 2022 və 2023-cü illərdə Haaqadakı müvəqqəti Hollandiya parlamentinin binası qarşısında və Utrextdə solo nümayişdə Quranı cırıb.

Bundan əlavə, 22 oktyabr 2022-ci ildə Rotterdamda Qurani-Kərimi yandırmağı planlaşdıran PEGIDA-nın aksiyası Vaqensveldin saxlanması ilə başlamadan sona çatdı. Hər iki halda müsəlman qrupları Pegidanın hərəkətlərinə qarşı etiraz aksiyaları təşkil etdilər.

Vaqensveld ötən il avqustun 18-də və sentyabrın 23-də Türkiyənin Haaqadakı səfirliyinin qarşısında Qurani-Kərimi cırıb.

4196093

captcha