IQNA

Almaniyada iki müsəlman gənc hicablı qadını müdafiə etdikləri üçün hücuma məruz qalıb

7:42 - January 27, 2024
Xəbər sayı: 3495373
İQNA - Hicablı qadını qorumaq istəyən iki müsəlman gənc bir qrup alman fanatik tərəfindən döyülüb.

"İQNA", Suriya televiziya saytına istinadən xəbər verir ki, Almaniyanın şərqindəki Brandenburq əyalətində bir qıza qarşı irqçi hücumun qarşısını almağa çalışarkən Suriya və Mərakeş əsilli iki gənc Almaniya vətəndaşlarından ibarət fanatik qrup tərəfindən döyülüb.

Polis hadisə ilə bağlı araşdırma başlatarkən, iki gəncin ifadəsinə görə, şəhərin vağzalında 9 nəfərlik qrup onları təhqir edərək döyüb.

Hadisənin necə baş verdiyini izah edən 18-20 yaşlarında iki gənc irqçiliyə məruz qalan qıza kömək etmək istədiklərini və bir qrupun onun baş örtüyünü çıxarmağa cəhd etdiklərini bildiriblər.

Hadisəni polisə bildirmək istəyən iki gənc döyülüb. Hücumdan sonra 3 qadın və 6 kişidən ibarət hücum edən qrup qatarla bölgəni tərk edib. Hücum edənlərin tutulması istiqamətində işlər davam etdirilir.

Son illərdə Almaniyada ana müxalifət partiyasının və ifrat sağçı qrupların və partiyaların təbliğatına əsaslanan irqçi və ksenofobik hücumlar artıb.

4195830

captcha