IQNA

Məkkədə dünyanın ən hündür asılmış məscidi açılıb

23:47 - January 24, 2024
Xəbər sayı: 3495357
İQNA - Cəbəl Ömər otelinin əkiz qüllələri arasında yerləşən asma məscid, ilk asma körpü olaraq dünyanın ən yüksək ibadət yeri ünvanına malikdir.

"İQNA", "Ərqam" saytına istinadən xəbər verir ki, asma məscidin Məscidül-Həram və Kəbəyə panoramik mənzərəsi var, çəkisi 650 tondur və 550 kvadratmetrlik böyük bir sahəyə malikdir ki, bu da təxminən 520 nəfərin eyni anda ibadət etməsinə şərait yaradır.

Cəbəl Ömər məscidi dəniz səviyyəsindən 483 metr hündürlükdə asılır və otelin 36, 37 və 38-ci mərtəbələrdəki əkiz qüllələrini birləşdirir.

Cəbəl Ömər Development Company-nin icraçı direktoru Xalid Əl-Əmudi bu ibadət yerinin 165 metr hündürlüyü və unikal dizaynı ilə Ginnesin Rekordlar Kitabına düşdüyünü bildirib. Bu, Məscidül-Haramın möhtəşəm mənzərəsi ilə ibadət üçün ideal yerdir. Bundan əlavə, ziyarətçilər Məkkədə günəşin doğuşunu və qürubunu izləmək imkanı əldə edə bilərlər.

Məscidül-Hərama piyada gediş məsafəsində yerləşən məscidin müsəlmanlara onları əhatə edən müqəddəs ətrafla bənzərsiz bir əlaqə təqdim etməklə yanaşı, ərəb xəttatlığı ilə yazılmış yazılarla işlənmiş, Əsmaul-Hüsna adları ilə bəzədilmiş qədim ərəb dizaynlarını müasir toxunuşlarla birləşdirən daxili bəzəyi də var.

Səudiyyə Ərəbistanının turizm və ziyarət sənayesi Beytul-Hərəmi ziyarət edən zəvvarlara maksimum xidmət göstərməyə və dini vəzifələrini yerinə yetirərkən onlara rahatlıq təmin etməyə çalışır.

4195049

captcha