IQNA

BƏƏ-də Qadınlar üçün 7-ci Beynəlxalq Quran Müsabiqəsi başlayıb

14:55 - September 17, 2023
Xəbər sayı: 3494755
ABU DABİ (IQNA) – Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin “Dubay” şəhərində “Şeyxə Fatimə binti Mübarək” 7-ci Beynəlxalq Quran Hifzi Müsabiqəsi başlayıb.

"İQNA", "Əl-İmarat News"-a istinadən xəbər verir ki, bu müsabiqə Beynəlxalq Quran İnstitutu Dubay Mükafatı və Dubayın “Əl Məmmərz” ərazisində yerləşən “Elm və Mədəniyyət” klubunun amfiteatr zalında təşkil olunur.

Bu müsabiqənin açılış mərasimində bir sıra önəmli şəxsiyyətlərlə yanaşı bəzi valideynlər də iştirak ediblər.

Sentyabrın 22-i cümə gününə qədər davam edəcək bu yarışmada dünyanın 60 ölkəsindən Quranı bütövlükdə əzbərləyən qadınlar iştirak edir və onlar Quranı tam əzbərləmək sahəsində yarışırlar.

Bu yarışlar səhər və günorta saatlarında keçirilir. Səhər saatlarında Misir, Bəhreyn, Malayziya, Avstriya və Sinqapur təmsilçiləri Quran hifzi üzrə hakimlər komitəsi üzvlərinin suallarını cavablandırıblar.

4169236

 

captcha