IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 14

Təkəbbürdən necə qurtulmaq olar?

10:08 - August 31, 2023
Xəbər sayı: 3494686
TEHRAN (IQNA) – Çirkin təkəbbür xüsusiyyətini özümüzdən uzaqlaşdırmaq üçün nə etməliyik? İmam Əli (ə) bu məsələni Nəhcül-bəlağənin müxtəlif yerlərində qeyd etmiş və təkəbbürlə mübarizənin müxtəlif yollarını bəyan etmişdir.

İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi əmrlər və Peyğəmbərin (s) sünnəsi əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə üzrə tədqiqayçı Baxşəli Qənbəri sosial əxlaqı “Nəhcül-bəlağə” nöqteyi-nəzərindən tədqiq etmişdir. Onun on dördüncü hissəsi “Təkəbbürdən qurtulmanın yolu” adlanır ki, aşağıda oxuyacaqsınız:

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də və xüsusən də bu xütbədə təkəbbürdən qurtulmağın yollarını qeyd etmişdir. Bu çirkin xüsusiyyətdən xilas olmaq üçün nə etməliyik? O, “Nəhcül-bəlağə”nin müxtəlif yerlərində qeyd etmişdir ki, təkəbbürlə mübarizənin müxtəlif yolları vardır; Məsələn, qəbiristanlığa getmək, öz zəif cəhətlərini düşünmək, onun bu problemə verdiyi çarələrdən biri olan təkəbbür edənlərin hekayəsini və xüsusi ilə şeytanın ibrətamiz hekayəsini və onun təkəbbür etməsini oxumaqdır.

Burada açıq-aydın qeyd olunur ki, şeytan təkəbbür edib Adəmə qarşı məğrur olanda o, özünə hansı aqibəti təyin etdi? Eyni aqibət sizin də başınıza gələcək, ona görə də təkəbbürdən qurtulmağın yollarından biri tarixdəki təkəbbürlü insanların ibrət dolu həyatını oxumaqdır. İlk təkəbbür edən şeytandır, sonra isə şahlar və zalımlardır.

Bu səbəbdən İmam Əli (ə) “Nəhcül-bəlağə”nin 31-ci məktubunda buyurur; Oğlum, Həsən! Çox yaşamamışam, amma tarix oxuduğum üçün tarixdən çox dərs almışam. Qurani-Kərimin oxuyub öyrənməyi tövsiyə etdiyi tarixlərdən biri də İblis və ya Şeytanın təkəbbür etmə hekayəsidir.

Həzrət Əli (ə) buyurur; Sonda bu şeytanın axırı nə oldu? Bu şeytanın sonu Allahın qapısından qovulmaq oldu. Əgər Allah istəsəydi, insanı görənləri heyrətə salan tozdan yox, nurdan yarada bilərdi. Lakin Allah bunu etmədi və insanı palçıqdan yaratdı ki, insanın sınağa çəkilməsi üçün zəmin yaransın. İnsan öz əli ilə sınansın. Həmçinin öz mərifəti ilə pislikləri, yaxşılıqları və fəzilətləri tanısın. Habelə öz ixtiyarı ilə pisliklərdən yaxşılıqlara doğru meyl etsin.

Bu xütbədə maraqlı bir məqama toxunulur. Sizdən soruşuram ki, Allah-taala öz evini nə üçün Məkkə səhrasında yerləşdirib? Hər halda, Məkkə daşdandır və yaşıllıq olan yer deyil. Həzrət Əli (ə) burada buyurur; İstəsəydi, onu yaşıllıq yerdə qərar verə bilərdi, amma qərar vermədi. Ona görə ki, bu torpağa girəndə varlığının yoxsulluğunu dərk edəsən və əvvəlcə özünü sındırasan, sınanda insanlara qarşı təvazökarlıq göstərəsən.

Buna görə də iki yol göstərir, biri şeytanın ibrətamiz hekayətini oxumaq, digəri isə Allahın evini Məkkədə, susuz və otsuz bir yerdə yerləşdirməkdir.

4134174

captcha