IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 29

Təqvalılar sıxıntı və rahatlıq anlarında eyni haıdadırlar

0:01 - May 10, 2023
Xəbər sayı: 3494149
Din sahəsində sosioloq və tədqiqatçı Əmirəl-möminin Əlinin (ə) Nəhcül-bəlağəsində olan xütbələrə istinad edərək, təqvalı insanların sifətləri məsələsinə toxunmuşdur.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, Əmirəl-möminin Əlinin (ə) “Nəhcəl-bəlağə”də olan xütbələrinə istinad edərək, təqvalıların xüsusiyyətləri haqqında danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz:

Əmirəl-möminin (ə) Nəhcül-bəlağənin 190-cı xütbəsində pak və təqvalıları vəsf etmişdir. İmam (ə) bu xütbədə buyurur: “Bu dünyada onların rəftarları pak, gözləri ağlayır, gecələri təvazökarlıqla və istiğfarla gündüz, gündüzləri isə günah qorxusu ilə gecə kimidir. "

Həmçinin aşağıda Həmmamın xütbəsi kimi tanınan Nəhcül-bəlağənin 193-cü xütbəsinə işarə edirəm. Bu xütbə ilə tanış olanlar onu təkrar oxuyanda ürək döyüntülərini hiss edəcəklər. Bu xütbə təqvalı insanların vəsfində deyilmişdir.

Həzrət Əmir (ə) buyurur: “Pərhizkarlar dünyada fəzilətlərə malikdirlər (başqalarından üstündürlər). (Çünki) danışıqları doğruluğa əsaslanır (Allahın və Peyğəmbərin razılığına müvafiq şəkildə danışırlar), geyimləri ortadır (həyatlarında ifrata varmaq və ya həddən aşağı olmaq yoxdur) və (xalq arasında) təvazökarlıqla davranarlar. Onlar Allahın onlara rəva bilmədiyi şeyə göz yumar (harama mürtəkib olmaz) və onlara xeyir verən elmə qulaq verərlər. Çətinlik zamanı başqalarının asayiş və rahatlıqda olduqları kimidirlər (ilahi təqdirə boyun əyərək Allahın istədiyinə razıdırlar və onlar üçün çətinliklə rahatlıq birdir). Əgər Allahın onlar üçün (dünyada) müəyyənləşdirdiyi əcəl olmasaydı, savab şövqü və əzabın qorxusundan canları bir göz qırpımı belə bədənlərində qalmazdı. Onların nəzərində Allah böyük, Ondan başqası isə (hər nə olmasından asılı olmayaraq) kiçikdir. Onların Cənnətə yəqin və inamları onu, sakinlərinin rahatlıq içində olmalarını görən şəxsin yəqin və inamı kimidir. Həmçinin oda imanları onu sakinlərini əzaba düçar halda görən şəxsin imanı kimidir.

Özlərinin az işlərindən razı olmurlar və çoxu çox saymırlar. Beləliklə, özlərini (itaətdə səhlənkarlıq gümanı ilə) günahlandırarlar və öz əməllərindən qorxarlar (ki, məbada bəyənilməyə). Əgər onlardan birini (yaxşı əməlinə görə) tərifləsələr, barəsində deyilənlərdən qorxar və deyər: Mən özümü başqalarından daha yaxşı tanıyıram və Rəbbim məni mənim özümdən də yaxşı tanıyır. Allahım, (özündənrazılığa səbəb olan bu) deyilənlərə görə məni cəzalandırma, məni onların güman etdiklərindən də üstün et və onların bilmədikləri günahlarımı bağışla!

Əgər nəfsi meylli olmadığı şeydə ona qarşı itaətsizlik etsə (ibadət və bəndəlikdə çətinliklə ram olsa, o da) nəfsin sevdiyi şey barəsindəki istəyini yerinə yetirməz. Onun gözünün işığı əbədi olan şeydir və çiyrindiyi, qalmayan şeydir (gözünü axirətə dikib və dünyaya arxa çevirib). O, səbri elmlə və sözü əməl ilə qarışdırır.

Əgər sakit otursa, sakitliyi onu qəmləndirməz və əgər gülsə, gülüş səsi ucalmaz. Ona zülm edilsə, Allah onun intiqamını alana kimi səbr edər. Nəfsi onun əlindən əzab və çətinliyə düçardır. (Çünki onun istəklərinə zidd davranır.) Xalq onun əlindən rahatlıqdadır. (Çünki xalqı incitmək nəfsi istəklərə tabe olmaq nəticəsində mümkündür.) Axirət işində özünü əziyyətə salar və xalqı özündən (öz işindən) dincliyə çatdırar. Onun şəxslərdən uzaqlaşması (dünyapərəstlərə) rəğbətinin olmamasına və (onlardan) uzaq olmasına görədir. Tanışlarla yaxın olması (Allah adamları ilə) xoşrəftar və mehriban olmağa görədir. Uzaqlaşmasının səbəbi özündən razılıq və özünü böyük tutmaq deyil və yaxınlaşması (ikiüzlü adamlarda olduğu kimi) hiylə və kələk yolu ilə deyil.

3970951

captcha