IQNA

"Nəhcül-bəlağə"dən seçmələr / 19

Əmirəlmöminin Əlinin (ə) kəlamında pakların xüsusiyyətləri

11:01 - February 27, 2023
Xəbər sayı: 3493763
Sosioloq və din sahəsində tədqiqatçı Əmirəlmöminin Əlinin (ə) Nəhcül-bəlağəsinin 32-ci xütbəsindən hissələrə istinad edərək, İmam Əlinin (ə) kəlamı ilə pakların sifətləri məsələsinə toxunub.

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ “Nəhcül-bəlağə”dən iqtibaslar haqqında mühazirəsində İmam Əlinin (ə) fikirlərini təqdim edir. O, İmam Əlinin (ə) sözlərində “pak adlandırılan bir azlıq” mövzusunda danışıb. Bunu aşağıda ətraflı şəkildə oxuya bilərsiniz.

Əmirəlmöminin Əlinin (ə) “Nəhcül-bəlağə”nin otuz ikinci xütbəsinə əsasən, o həzrətin nəzərində pakların xüsusiyyətləri mövzusunu müzakirə edirik. İmam Əli (ə) pak olanları belə vəsf edir: “Bu arada kiçik bir dəstə qalıb ki, hər şeyə göz yumub və qiyamət qorxusu göz yaşlarını axıdıb. Bəziləri cəmiyyətdən sıxışdırılıb tək yaşayır, bəziləri isə qorxub əzilir və ya ağzını bağlayıb susur.

Bəziləri səmimi qəlbdən insanları Allaha dəvət etməyə davam edir. Bəziləri isə ağlayır və qüssəlidirlər ki, təqvaları onları insanların gözündən salıb. Zəiflikləri vücudlarını bürüyüb. Sanki duz dənizinə batıblar. Ağızları bağlı, ürəkləri yaralıdır. O qədər məsləhət veriblər ki, yorulublar. Kifayət qədər məzlum olublar, bacarmırlar və o qədər itki veriblər ki, barmaqların sayı qədər qalıblar. Ey insanlar! Sənin gözündə haram dünya heyvan saxlayanların quru və qırılmış saman çöolərindən dəyərsiz olmalıdır. Gələcəkdəkilər sizdən məsləhət almazdan əvvəl, sələflərinizdən məsləhət alın.  Bu lənətə gəlmiş pozğun dünyanı tərk edin, çünki o, səndən daha çox aşiq olan namizədləri buraxıb”.

Pakların vəsfi mövzusunu davam etdirən İmam Əlinin (ə) “Nəhcül-bəlağə”nin 113-cü xütbəsində belə bir mətləbi də var: “Şübhəsiz ki, zahidlər gülümsəsələr də, qəlbləri ağlayır. Şad olsalar da, kədərləri şiddətlidir. Çoxlu nemətlərinə görə başqaları tərəfindən qibtə olunsalalar da amma nəfsləri ilə böyük düşmənçilik edirlər".

Bəziləri belə düşünür ki, möminin zahiri təmkinlidirsə, gərək daxilən də sakit olsun. Bu insanlar kədər və şadlığın yan-yana olduğunu başa düşmürlər. Dünya ziddiyyətlərlə doludur və mömin də ürəyində çoxlu təlatüm və narahatlıq hiss edir. Lakin bu təlatümlər yəqinə çatmamaqdan və ateizmdən qaynaqlanmır. Möminin başına gələn çox dərdləri var. Mömin özünün Allaha yaxınlaşma dərdi ilə yanaşı, başqalarının da dərdini çəkir. Ancaq möminin dərdsiz olduğunu düşünməmək lazımdır.

3968453

captcha