IQNA

Məscidül-Həramda 8 milyon litr Zəm-zəm suyu paylanıldı

19:25 - April 16, 2022
Xəbər sayı: 3492076
Ramazan ayının ilk 10 günündə Məkkə şəhərindəki Məscidül-Həramda 8 milyon litr Zəm-zəm suyu paylanılıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, Ramazan ayının ilk 10 günündə Məkkə şəhərindəki Məscidül-Həramda 8 milyon litr Zəm-zəm suyu paylanılıb.

8 milyon litr 3 milyon birdəfəlik butulka və məscidin ətrafında yerləşən 25 min konteyner vasitəsilə insanlar arasında bölüşdürülüb.

Bundan başqa, məscid müqəddəs ayın ilk 10 günündə 4 min əməkdaş tərəfindən 100 dəfə təmizlənilinib. Təmizlik zamanı 1,3 milyon litr dezinfeksiyaedici vasitə və 25 litr ətirdən istifadə edilib.

captcha