IQNA

Dubay Quran Müsabiqəsinin 11-ci gecəsində beş nəfər yarışıb

17:06 - April 14, 2022
Xəbər sayı: 3492061
25-ci Dubay Beynəlxalq Quran Hifzi Yarışmasının 11-ci gecəsi Tunis, Pakistan, Liberiya, Cibuti və Misirdən olan beş qari ilə keçirilib.

"İQNA", BƏƏ xəbər agentliyinə istinadən xəbər verir ki, 25-ci Dubay Quran Müsabiqəsinin 11-ci gecəsi keçirilib.

Bu gecədə Cibutidən Hüseyn Came Hüseyn, Zimbabvedən Zeyd İsmayıl, Liberiyadan Mamadou Bi Baldi və pakistanlı Əhməd Akaşə, Quranı Həfsin Asimdən rəvayətinə əsasən əzbərləyiblər. Tunisli Uveys də Quranı Qalunun rəvayətinə əsasən, əzbərləyib. Onlar bu sahədə bir-birləri ilə yarışıblar.

Müsabiqə komitəsinin sədri İbrahim Məhəmməd Bumelehə və komitə üzvləri Dubay Beynəlxalq Müsabiqəsinə verdikləri dəstəyə görə sponsorlar təşəkkür ediblər.

Püşkatma yolu ilə seçilən bir qrup iştirakçıya mükafatlar da təqdim olunub.

4048919

captcha