IQNA

Moskva müsəlmanları metrolarda və ticarət mərkəzlərində ibadətgahlar yaratmağa çalışırlar

12:41 - November 21, 2021
Xəbər sayı: 3491235
Moskvanın baş müftisi Rusiya paytaxtı müsəlmanlarının digər vətəndaşlara narahatlıq yaratmadan vacib namazlar üçün metro stansiyaları və ticarət mərkəzlərində ibadətxanalar yaratmaq səylərini açıqlayıb.

İQNA, "Sputnik"-in Ərəb bölümünə istinadən xəbər verir ki, Moskva Böyük Məscidinin imamı Eldar Ələddinov məlumat verib ki, hazırda hava limanları, xroniki xəstəlikləri olan xəstələrlə bağlı mərkəzlər və bir sıra digər tibb mərkəzləri kimi müəssisələrdə ibadətxanalar hazırlayırıq. Bununla bağlı ticarət mərkəzləri ilə razılığa gəlməyə çalışırıq.

O, əlavə edib: "İnternetdə dindarların metro stansiyalarının dəhlizlərində vacib namazlarını qıldığı videoları görə bilərsiniz. Moskva müftisi qeyd edib ki, İctimai yerlərdə namaz qılmaq müsəlmanların şəhərdə kifayət qədər ibadət yerlərinin olmaması səbəbindən müraciət etmək məcburiyyətində qaldıqları bir məsələdir."

O, həmçinin bildirib ki, insanların metroda və ictimai yollarda namaz qıldığını unutmayın. Çünki namaz müsəlmanın həyatının əsasını təşkil edir. Beş vaxt namazını müəyyən vaxtlarda və mümkün olan hər yerdə qılmaq möminə vacibdir. Müftinin sözlərinə görə, Moskvada müsəlmanların sayı 3 milyondan 3,5 milyona qədərdir. Onlardan 2 milyonu şəhərin daimi sakinləri, qalanları isə mühacirlərdir. Paytaxtda cəmi dörd məscid, eləcə də bir sıra ibadətgahlar var.

4014810

captcha