IQNA

Uşaq hüquqlarının araşdırılması seminarı

18:11 - November 07, 2021
Xəbər sayı: 3491154
Gürcüstanın Borjomi şəhərində uşaq hüquqları və onların müdafiəsi yollarını araşdırmaq məqsədilə Gürcüstanın Dini İşlər üzrə Dövlət Agentliyi və UNİCEF-in birgə seminarı keçirilib.

Uşaq hüquqlarının araşdırılması seminarıİQNA-nın verdiyi xəbərə əsasən, Gürcüstanın Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və BMT-nin Uşaq Fondu (UNİCEF), Borjomidə "Uşaq hüquqlarının dəstəklənməsində ruhanilərin rolu" mövzusunda birgə seminar keçirib.

Bu seminar, dini rəhbərlərin maarifləndirilməsi məqsədilə Gürcüstanda dini qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.

BMT-nin Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi, Gürcüstan Uşaq Hüquqları Xartiyası, müxtəlif dinlərdə uşaq hüquqları, onların dəstəklənməsi və təbliğində dini liderlərin rolu bu görüşdə müzakirə olunan mövzulardan idi.

İranın Gürcüstandakı Mədəniyyət Şurası məlumat verib ki, bu seminarda müzakirə olunan digər mövzular bunlardır:

"Uşaqlara qarşı zorakılıq, o cümlədən kiber zorakılıq – zorakılığın qarşısının alınması və ona reaksiya"; "Uşaq Hüquqları haqqında Gürcüstan Qanunu - Uşaqların Müdafiəsi Mexanizmləri"; "Yeniyetmələrdə qeyri-qanuni davranışların qarşısının alınması"; "Din və etiqad azadlığı və uşağın mənafeyinin qorunması"; "Covid-19 epidemiyası kontekstində uşaq və yeniyetmələrə dəstək".

4011274

captcha