IQNA

İran və Azərbaycan əlaqələri daha da inkişaf edəcək

20:02 - October 24, 2021
Xəbər sayı: 3491049
İran İslam Respublikası xarici işlər naziri bir tvittdə İran və Azərbaycan Respublikası dövlətlər və xalqları arasındakı əlaqələrin qarşılıqlı hörmət əsasında inkişaf etməkdə olduğunu bildirib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bir tvittdə yazıb: İran İslam Respublikası və Azərbaycan Respubliksı xeyli ortaqlıqlara malik olan iki müsəlman qonşulardır.

Əmir Abdullahiyan azərbaycanlı həmkarı ilə son telefon danışıqlarına diqqət çəkərək yazıb: Cənab Ceyhun Bayramovla birlikdə hərtərəfli münasibətlərin irəliyə doğru yol xəritəsi barədə açıq,səmimi və konstruktiv danışıqlar apardıq. İki dövlət və iki millət arasındakı əlaqələr qarşılıqlı hörmət sayəsində inkişaf etməkdədir.

captcha