IQNA

AİP səud rejiminin son cinayətlərini pisləyib

15:14 - April 29, 2019
Xəbər sayı: 3485054
Azərbaycan Respublikası İslam Partiyası bir bəyanat yayaraq, səud rejiminin son cinayətlərini pisləyib.

Bu bəyanatda səud rejiminin azadlıqsevər müsəlmanlara qarşı cinayətlərinin davam etməsinə işarə edən Azərbaycan Respublikası İslam Partiyası həmin rejimin müsəlman din alimlərindən və şiələrdən 37 nəfərin başını kəsmək üzrə vəhşicəsinə hərəkətlərini pisləyib və bu cinayəti İslam ilə düşmənçilik adlandırıb.

Bəyanatın bir hissəsində deyilir: Səud rejiminin Yəmən, Suriya və Tunis xalqlarına qarşı terrorçu qırğınları, məktəblər və xəstəxanaları bombalaması, uşaqları qətli-am etməsi, tənqidçi jurnalist Camal Qaşıqçı kimi şəxsləri doğraması və buna bənzər digər cinayətlər kimi bəşəriyyətə zidd cinayətləri qarşısında lazımi və layiqli beynəlxalq müqavimətin olmaması, bu cinayətlərin təkrar olunmasına imkan verir. Azərbaycan Respublikası İslam Partiyası səud rejiminin Amerikadan və sionist rejimdən asılı olmasına toxunaraq, əlavə edib: Səud rejiminin cinayətlərinin sifarişli olması aşkardır və Amerikanın səud xanədanının hakimiyyətini qorumağı boynuna götürməsi gələcəkdə bir çox başların kəsilməsi ilə nəticələnə bilər.

Sahartv

captcha