IQNA

Dr. Həsən Ruhani:

Novruz sülh və dostluq bayramıdır

13:12 - March 20, 2016
Xəbər sayı: 3480284
Tehran, 20.03.2016 - İran prezidenti Novruz bayramı münasibətilə verdiyi novruz müraciətində İran xalqının ötən ildəki böyük nailiyyətlərini şərh edərək, 1395-ci ili "ümid və səy" ili adlandırıb.

İQNA-nın verdiyi xəbərə görə,İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün, bazar günü 1395-ci günəş ilnin başlanması münasibətilə bütün iranlıları, eləcə də novruzu qeyd edən bütün xalqları təbrik edərək, deyib: Ötən il bütün sahələrdə İran xalqının çiçəklənməsi üçün zəminlərin yaradılması ili və böyük qüdrətlər qarşısında uğur, eləcə də böyük qələbələr və yadda qalan xatirələr ilə dolu iftixarlı bir il oldu.

Ruhani novruz mərasimini dostluq və barışıq mərasimi adlandırıb və belə söyləyib: Ötən illərdə dünya xalqlarının nöqteyi-nəzərindən İran xalqına qarşı təhdid üçün bir bəhanə olan nüvə fəaliyyəti dünya xalqlarının İranla həmkarlıqları üçün bir simvola çevrildi və dünən dünya xalqlarının nöqteyi-nəzərincə, qadağan olunmuş bir məntəqə olan bu fəaliyyətlər bu gün dəyərli bir fəaliyyətə çevrilibdir ki, hamı o "texnologiya"nın qarşısında təvazökarlıq edir və onu rəsmən tanıyıbdır.

İran İslam Respublikası prezidenti xalqın müxtəlif təbəqələrinin birliyi vacibliyini vurğulayaraq, əlavə edib: İran xalqı həmrəyliklə nüvə anlaşması proqramını qənaətbəxş nəticəyə çatdırdı, sanksiya zəncirlərini qırdı və iqtisadi sahələrdə fəaliyyət üçün zəmin yaratdı.

Ruhani deyib: İran xalqı ötən ildə digər bir qəhrəmanlıq yaratdı və 7 isfənd-26 fevralda, İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə iştirakla İranın sabitliyi və dincliyini, həmçinin milli qüdrətini dünya xalqlarına göstərdi.

İran İslam Respublikası prezidenti sonra deyib: Həmişə öncül olmuş İran xalqı keçən il "ikinci nüvə anlaşması"nı 7 isfənd-26 fevralda, İslam Şurası Məclisi və Rəhbərlik Xübreqanı Məclisinə seçkilərdə işə saldı və "ikinci nüvə anlaşması" İranın daxilində "milli müştərək addım"dır ki, birlik, barışıq və yekdilliklə icra olunacaqdır.

http://iqna.ir/fa/news/3484212



Teqlər: novruz ، novruz bayramı ، iqna ، ruhani
captcha