IQNA

İnqilabın Rəhbəri Novruz ismarıcında vurğuladı:

İqtisadi müqavimət ilə işsizlik və durğunluğun mübarizəsinə çıxmaq olar

12:59 - March 20, 2016
Xəbər sayı: 3480282
Tehran, 20.03.2016– İran İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei "novurz ismarıcı"nda 1395-ci yeni günəş ilini "İqtisadi müqavimət, hərəkət və əmək ili" adlandırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənabları "novurz təbriki ismarıcı"nda yeni ili İran xalqına, xüsusilə də şəhid və veteran ailələrinə və Novruz bayramını qeyd edən bütün xalqlara təbrik dedi və 1395-ci yeni hicri-günəş ilini "İqtisadi müqavimət, hərəkət və əməl ili" adlandıraraq, müqavimət iqtisadiyyatı ilə böhran, iqtisadi durğunluq və işsizlik ilə mübarizə aparmağın mümkünlüyünü vurğulayıb.

Həzrət Ayətullah Xamenei yeni ilin ilk günlərinin Həzrət Zəhranın (s) ad günü ilə üst-üstə düşməsini yaxşı əlamət hesab edərək, yeni ilin İran xalqına və bütün müsəlmanlara mübarək və xeyirli olacağına ümid etdiyini vurğuladı.

Ali Rəhbər vurğuladı: Ümid edirik ki, bu il Xanım Zəhranın (s.ə) bərəkəti ilə mübarək olsun, o həzrətin mənəviyyatından, göstərişlərindən, həyatından dərs alaq, faydalanaq.

İran İslam İnqilabının Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Xamenei cənabları "novurzu təbriki ismarıcı"nda keçən il (1394-cü hicri-şəmsi ili) barədə dedi: Keçən il də digər illər kimi öz şirini, acısı, eniş-yoxuşu, fürsətləri və gərginlikləri ilə arxada qaldı. Keçən ilin şirin hadisələri 22 Bəhmən mitinqi və xalqın 7 İsfənd seçkilərində iştirakı idi və acılarından biri də "Mina hadisəsi" idi...

O, yeni ilin fürsət, ümid və təhdidlərinə işarə edərək dedi: İnsan ömrünün illəri, günləri fürsətlər və maneələrdən (təhlükələrdən) ibarətdir. Məharətimiz olmalıdır ki, fürsətlərdən istifadə edək, maneələri də fürsətə çevirək...

Ümidlərin reallaşması üçün çalışmaq, gecə-gündüz işləmək, fasiləsiz səy göstərmək lazımdır. İran xalqı bir iş görməlidir ki, düşmən və onun düşmənçiliklərindən qoruna bilsin, təhlükəni sıfra endirsin...

Düşünürəm ki, iqtisadiyyat movzusu prioritetdir. Əgər millət və dövlət, məsullar iqtisadiyyat sahəsində lazımi işləri görə bilsələr, bu, ictimai, əxlaqi problemlərin, mədəniyyət problemlərinin də həllinə öz təsirini göstərər...

Bu problemlər müqavimət iqtisadiyyatı sayəsində həllini tapa bilər...

Bu il üçün "Müqavimət iqtisadiyyatı, hərəkət və əməl” şüarını seçirəm. Təbii ki, bu hərəkət və əməl bir il içində bütün problemlri aradan qaldıra bilməz, bunu gözləmirik. Amma təsirləri ilin sonunda özünü göstərər...

http://iqna.ir/fa/news/3484210


Teqlər: iqna ، rəhbər ، novruz ، novruz bayramı
captcha