IQNA

Fransız yazıçısının müsəlmanlardan üzr istəməsi

11:38 - June 01, 2023
Xəbər sayı: 3494264
Fransalı bir romançı irqçi ifadələrindən sonra müsəlmanlardan üzr istəyib və müsəlmanlara qarşı səhv etdiyini vurğulayıb.

"İQNA", "Redna" saytına istinadən xəbər verir ki, Fransız yazıçı Mişel Uelbek sosial mediada geniş etirazlara səbəb olan daha əvvəl söylədiyi irqçi sözlərə görə Fransanın müsəlman icmasından üzr istəyib.

Fransız yazıçı müsəlmanlara qarşı səhv etdiyini etiraf edib.

2022-ci ilin noyabrında bu fransız yazıçısı Freon Populaire jurnalında dərc olunan müsahibəsində müsəlmanların qeyri-müsəlman fransızların təhlükəsizliyini təhdid etdiyinə dair fikirlər söyləmişdi.

Bu müsahibəsində onu da bildirdi ki, yerli fransızların istəyi, necə deyərlər, müsəlmanların assimilyasiya olunması deyil, onların oğurluq və hücuma son qoymasıdır. Əks halda, başqa bir çıxış yolu var, o da ölkəni tərk etməkdir.

Bu müsahibənin başqa bir hissəsində də deyilir: "İnanıram ki, müqavimət tədbirləri olacaq. Həmçinin müsəlmanların tez-tez gəldiyi məscidlərdə, qəhvəxanalarda, bir sözlə, Bateklan hücumuna (2015) bənzər hücumlar, atışmalar olacaq".

Bundan sonra Mişel Uelbek “France 5” telekanalında yayımlanan müsahibədə ötən ilin sonunda söylədiyi fikirlərə görə Fransadakı bütün müsəlmanlardan üzr istəyib.

Uelbek “Həyatımın bir neçə ayı” adlı yeni kitabının təqdimatına həsr olunmuş müsahibəsində də Mişel Onfrinə bir növ səhvə və axmaqlığa yol verdiyini etiraf edib.

Bu fransız yazıçı əlavə etdi: "İslam və azğınlığı birləşdirən yanlış bir söhbət var, halbuki bu ikisi heç vaxt bir-biri ilə qovuşmayan iki paralel xətt kimidir".

Mişel Uelbekin əvvəlki şərhləri müsəlmanları hiddətləndirmişdi və Fransa Məscidlər Federasiyasını ayrı-seçkilik, nifrət və zorakılığa təhrik etdiyinə görə fransız yazıçını məhkəməyə verməyə vadar etmişdi.

4145121

captcha