IQNA

Nəhcül-bəlağənin işığında ictimai həyat / 3

Düşünmək mötədilliyə yetişməyin yolu

10:48 - June 01, 2023
Xəbər sayı: 3494263
Düşünməyin bəhrələrindən biri də təfəkkür, bəsirət və mötədilliyə çatmaqdır. Mötədillik üç şeyi bilmək deməkdir. Bir; İfrat nöqtəsini tanımaq, iki; Təfrit nöqtəsini tanımaq və üç; Bunların ortasını tanımaq.

İmam Əlinin (ə) həyatının əsasları Quran və Peyğəmbərin (s) sünnəsinə əsaslanırdı. İctimai fəaliyyət və cəmiyyətlə iş sahəsində həzrətin münasibətləri ilahi və peyğəmbərlik əmrləri əsasında qurulmuşdur. Bu da insanlar üçün mükəmməl bir nümunə sayıla bilər.

Nəhcül-bəlağə tədqiqatçısı Bəxşəli Qənbəri ictimai əxlaqı Nəhcül-bəlağə nöqteyi-nəzərindən araşdırmışdır. Onun üçüncü hissəsi “Mötədillik” mövzusundadır. Onu aşağıda oxuya bilərsiniz:

 

Burada Nəhcül-bəlağənin 16-cı xütbəsini “mötədillik” mövzusu ilə izah etmək istəyirəm. Nəhcül-bəlağənin əsas şüarlarından biri mötədillikdir. Bu kitabdakı mötədillik digər kitablar kimi orta yolu seçməkdir. Mötədillik beş sahədə və dörd münasibətdə bəyan edilmişdir; Yəni iyirmi halda mötədilliyə riayət etməliyik. Mötədillik üç şeyi bilmək deməkdir. Bir; İfrat nöqtəsini tanımaq, iki; Təfrit nöqtəsini tanımaq və üç; Bunların ortasını tanımaq. Bu üç biliyi əldə edib üçüncü mərhələni seçə bilsək, bu məqama mötədillik deyilir.

Əmirəl-möminin Əlinin (ə) “Nəhcül-bəlağə”nin 16-cı xütbəsində gözəl bir cümləsi var. Bu cümləyə diqqət yetirin; شُغِلَ مَنِ الْجَنَّةُ وَ النَّارُ أَمَامَهُ، سَاعٍ سَرِیعٌ نَجَا وَ طَالِبٌ بَطِی‏ءٌ رَجَا وَ مُقَصِّرٌ فِی النَّارِ هَوَى؛ "Qarşısında cənnət və cəhənnəmi olan səy edir. Bəzi insanlar nicat əhli olduqları üçün tez həqiqətə doğru irəliləyir. Bəziləri yavaş hərəkət edir, amma ümid edir. Bəziləri isə səhlənkarlıq edib cəhənnəm atəşindədir". Əli (ə) bu üç şeyi çox qısa bir cümlə ilə bəyan edir və buyurur; الْیَمِینُ وَ الشِّمَالُ مَضَلَّةٌ وَ الطَّرِیقُ الْوُسْطَى هِیَ الْجَادَّةُ؛ "Sağ və sol zəlalət və orta yol daimi olan əsas yoldur". Sonra buyurur; عَلَیْهَا بَاقِی الْکِتَابِ وَ آثَارُ النُّبُوَّةِ وَ مِنْهَا مَنْفَذُ السُّنَّةِ وَ إِلَیْهَا مَصِیرُ الْعَاقِبَةِ؛  "Əgər kimsə bu əsas yola girərsə, bu şəxs kitaba tabe olmuş, Peyğəmbərin yolunda getmiş, sünnədən özünə nicat yolu tapmışdır. Əlbəttə ki, kimsə bu hərəkətləri etsə, mütləq xilas olar".

Bunu soruşa bilərsiniz; Sağ və sol olmaq, yoxsa mötədil olmaq, ifratçı və təfritçi olmaq, hansı vasitələrlə tanınır? Sizə bir misal deyim, Nəhcül-bəlağədə mötədillik üçün ümumi şəkildə danışılmamışdır. Yəni, belə deyil ki həzrət Əli (ə) bizi ümumi şəkildə mötədilliyə dəvət etsin və insanların mötədil olmasını istəsin.

Bütün məktəblər və dinlər bizi mötədilliyə dəvət edir. Bəs bunların yolu nəzəri və praktik olaraq orta yoldurmu? Əlbəttə ki, belə olsaydı, axır zaman dininə ehtiyac qalmaz və şərhə, təhlilə, izaha ehtiyac olmazdı.

Həzrət Əli (ə) misal gətirir və buyurur; Məsələn, yeməklə bağlı mötədilliyə riayət etmək istəyirsən, nə edirsən? Ac olmadığınız zaman yeməyə doğru getməyin. Yemək üçün iki və ya üç tikəlik yeriniz qaldığında yeməkdən əl çəkin. Belə ki, Əli (ə) buyurur: "Həyatda mötədil olun". Amma ey möhtərəm izləyicilər, nəzərə alın ki, mötədilliyə yalnız təfəkkürlə nail olmaq olar. Düşünmədən mötədilliyimiz yoxdur; Buna görə də Nəhcül-bəlağənin bəzi yerlərində bunu qeyd edir: "و نَظَرَ فأبصَرَ" "Əvvəlcə diqqətlə baxır, sonra bəsirət əldə edir". Bu təfəkkürün bəhrələrindən biri də düşünmək, bəsirət və mötədilliyə çatmaqdır. Mötədillik hər hansı bir mövzuda ən azı 30 saniyə düşünmək deməkdir. Əgər bunu edə bilsək, mötədilliyə çatmış olarıq.

4131674

captcha